Cümə axşamı, 21 Avqust, 2025

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı


  • Dərc edildi: 21 Avqust, 2022 - 21:01
5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı

Əziz kino həvəskarları!

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr, 2022-ci il tarixində Nizami Kino Mərkəzində keçiriləcək. Bu dəfə daha möhtəşəm proqram ilə qarşınızdayıq! Biletlər artıq satışda!

Proqrama nələr daxildir?

 

  • Müsabiqə proqramı - 29 müxtəlif ölkədən 76 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar.
  • Müsabiqədənkənar proqram – iqlim dəyişikliyi ilə bağlı filmlər, Yaponiya və Çexiya tammetrajlı filmləri, Ukrayna animasiyası, virtual sərgi və daha nələr-nələr!
  • Peşəkarlar üçün proqram – animasiya kinosu ilə ciddi maraqlanırsınızsa, – making-of, beynəlxalq münsiflər heyəti ilə görüşlər, animasiya üzrə master class-lar və vörkşoplar – bunların hamısı məhz sizin üçündür.

 

Vacib qeydlər:

 

  • Festival tədbirlərinə giriş ödənişlidir. Biletləri onlayn şəkildə www.tripsome.com saytından əldən edə bilərsiniz.
  • Bilet satışından əldə olunacaq bütün vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək.
  • Yerlər məhduddur! Biletləri indidən almağı sizə tövsiyə edirik.
  • Bütün filmlər orijinal dildə ingiliscə alt yazı ilə nümayiş etdiriləcək. Qeyd edək ki, bəzi xarici filmlərin alt yazısı azərbaycancadır.

Tripsome- 100+ əyləncəyə bilet bir platformada

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...