Cümə, 22 Avqust, 2025

“Peşə təmayüllü siniflər” “Biznesin inkişafı üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir


  • Dərc edildi: 17 Avqust, 2023 - 19:22
“Peşə təmayüllü siniflər” “Biznesin inkişafı üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir

“Peşə təmayüllü siniflər” “Biznesin inkişafı üzrə mütəxəssis” vəzifəsinə işçi qəbulu elan edir!

Tələblər:

• İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə ali təhsil;

• Sahə üzrə minimum 2 il iş təcrübəsi (təhsil sahəsində olması arzuolunandır);

• MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı;

• Ölkədaxili ezamiyyətlərə getmək imkanı;

• Yüksək ünsiyyətqurma, təqdimetmə və komandada işləmək bacarığı.

İş öhdəlikləri:

• Layihə strategiyasına uyğun olaraq, Bakı və regionlarda yerləşən işəgötürən müəssisələr haqqında bazar araşdırmasının aparılması, birgə partnyorluq əlaqələrinin qurulması və davam etdirilməsi;

• Müxtəlif qurumlarla yaradılmış işgüzar əlaqələr data bazasının yaradılması və davamlı olaraq bu portfolionun inkişaf etdirilməsi;

• Layihə şagirdlərinin mütəmadi təcrübə səfərlərinə getməsi üçün əlaqələrin yaradılması, təmin edilməsi və bu prosesin sistemləşdirilməsi;

• Cari layihə şagirdləri üçün biznes mühitinin yaradılması, məzun şagirdlərimiz üçün iş imkanlarının yaradılmasına dəstək;

• Layihə əməkdaşlarının işəgötürənlər, müəssisələr üzrə əlaqələrinin yaradılması, qurulmuş işgüzar münasibətlərin uğurlu davamı üçün əməkdaşlara təlimlərin təşkili və cəlb edilməsi.

İş şəraiti:

• İş qrafiki: bazar ertəsi-cümə günləri 09:00-dan 18:00-dək;

• Əmək haqqı namizədin təcrübə, bilik və bacarıqları əsasında müsahibə zamanı təyin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Biznesin inkişafı üzrə mütəxəssis” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyi xahiş olunur.

Son müraciət tarixi: 30.08.2023

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 267
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...