Cümə, 8 Avqust, 2025

StudyNet Xaricdə Təhsil sərgisi - beynəlxalq reytinqli təhsil müəssisələri bir arada!


  • Dərc edildi: 12 Noyabr, 2022 - 15:26
StudyNet Xaricdə Təhsil sərgisi - beynəlxalq reytinqli təhsil müəssisələri bir arada!

StudyNet Xaricdə Təhsil sərgisi - beynəlxalq reytinqli təhsil müəssisələri bir arada!

 

Əziz gənclər!

 

Sizi StudyNet Group-un təşkilatçılığı ilə 24 noyabr 2022-ci il saat 12:00-dan 17:00-dək baş tutacaq beynəlxalq reytinqli təhsil müəssisələrini bir araya toplayacaq "Xaricdə Təhsil" sərgisinə dəvət edirik!

Studynet Group olaraq hər zaman tələbə və valideynlərin fikirlərini və istəklərini nəzərə alaraq dünyanın öndə gələn universitetlərini sərgiyə dəvət edirik. Əvvəlki illərdə də olduğu kimi "Xaricdə Təhsil" sərgisi Hilton Baku hotelində keçiriləcəkdir və giriş sərbəstdir.

Tədbirdə 100-dən çox beynəlxalq universitetlər rəsmi şəkildə təmsil olunacaqdır. Sərgini ziyarət etməklə siz, Amerika, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən gələn 30-a yaxın rəsmi universitet nümayəndələri ilə birbaşa görüşə, sizə uyğun proqram seçimi haqqında, eləcə də, təhsil haqqı, endirimlər, proqram üstünlükləri və xüsusi fürsətlər haqqında geniş məlumat alacaqsınız.

StudyNet Group şirkəti uzun müddət fəaliyyət göstərdiyi illər ərzində Birləşmiş Krallığın, eləcə də Amerika və Avropanın ən qabaqcıl universitetləri ilə sıx əməkdaşlıqlar qurmuş və yaranan bu uğurlu tərəfdaşlıqlar sayəsində, Azərbaycanlı gənclərin yüksək səviyyəli beynəlxalq təhsil almasına dəstək vermişdir. 

Hər il keçirilən "Xaricdə Təhsil" sərgisinin ən üstün tərəflərindən biri də ondan ibarətdir ki, burada tələbələr ilə yanaşı valideynlər də universitetlər və məktəblər haqqında məlumat alaraq doğru seçim etmək fürsəti qazanırlar. Sərgi zamanı keçirilən interaktiv seminarlar zamanı vizual olaraq universitetlərlə tanış olub tam məlumat əldə etmək mümkündür.

Siz də "Xaricdə Təhsil" sərgisində iştirak edərək sizin üçün doğru olan universiteti seçməyə tələsin!

Sərgidə məlumat alacaqsınız:

  • Xaricdə ali təhsil – Bakalavr; Magistratura; Doktorantura
  • Beynəlxalq reytinqli xarici orta məktəblərdə təhsil
  • Dil kursları; yay məktəbləri; beynəlxalq hazırlıq proqramları
  • İngilis dili hazırlıq kursları

Qeydiyyat zəruridir. Daha ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

 

Qeydiyyat üçün link: https://sng.az/attend/studynet-fall-fair-2022-xaricde-tehsil-sergisi-1669291200

Sayt: https://sng.az/events/studynet-fall-fair-2022-xaricde-tehsil-sergisi-1669291200

Instagram: https://www.instagram.com/studynet_group/

FB: https://www.facebook.com/Studynet.Group/

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5995
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1188
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 434
“İnnovativ məktəb” l...