16 Aprel 18:28

18 aprel “Beynəlxalq abidələr və tarixi yerlər” günü qeyd olunacaq

1983-cü ildən etibarən 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur. YUNESKO-nun təşəbbüsü ilə keçirilən bu gün , hər il Azərbaycanda da geniş şəkildə qeyd olunur.

Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir.

Azərbaycan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zəngin ənənəyə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlığı Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyəri hesab etmək olar.

Məhz bu baxımdan, 18 aprel tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkəmizdə “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda yaşayan milli azlıqlara məxsus festival keciriləcək. Festivalda   ölkəmizin regionlarında yaşayan azlıqların folklor nümunələri, kulinariya və əl işləri nümayiş ediləcək.

Tədbir 18 aprel saat 17.00 da baş tutacaq

Bəyən və paylaş