Bazar, 1 İyun, 2025

Ödənişsiz “Gənclər Araşdırır: Tələbə Tədqiqat Proqramı”


  • Dərc edildi: 9 Oktyabr, 2023 - 22:23
Ödənişsiz  “Gənclər Araşdırır: Tələbə Tədqiqat Proqramı”

Müraciətlər üçün çağırış: Gənclər Araşdırır: Tələbə Tədqiqat Proqramı

 “Gənclər Araşdırır: Tələbə Tədqiqat Proqramı” layihəsinin əsas məqsədi gənclərin akademik biliklərini inkişaf etdirmək və onlarda hadisələri təhlil etmə qabiliyyəti formalaşmaqdır. Bu layihə Azərbaycanda inklüziv inkişafa töhfə vermək məqsədilə tədqiqatları və ictimai müzakirləri təşviq edəcək. “Tədqiqat Proqramı” tələbələri müstəqil araşdırmalar aparmaq, təklif sənədləri hazırlamaq və bir şəbəkə kimi formalaşaraq akademik bacarıqları sosial mühitdə inkişaf etdirmək üçün platforma və resurslar ilə təmin edəcək.

Ödənişsiz tədqiqat proqramı iki əsas mərhələdən ibarətdir:

1) İlkin mərhələdə seçilmiş iştirakçılar akademik yazı, tədqiqat metodları və siyasət sənədinin hazırlanması ilə bağlı tanınmış mütəxəssislərin intensiv “Tədqiqat Metodları" təlimində iştirak edəcəklər. Təlimlər Noyabr-Dekabr ayları ərzində Bakı şəhərində keçiriləcəkdir.

2) Növbəti mərhələdə təlimi uğurla bitirən 20 nəfər iştirakçı tədqiqat mövzuları üzrə işçi qruplarına bölünərək 4 aylıq mentorluq proqramına cəlb ediləcəklər. İştirakçılar seçdikləri mövzular üzrə mentorlar ilə birgə elmi məqalə üzərində işləyəcək. Seçilən elmi məqalələrin SCOPUS elmi bazasında indekslənən jurnallarda dərc olunması üçün dəstək təmin ediləcək. Həmçinin, tədqiqatlarını uğurla başa vurmuş iştirakçılar layihənin növbəti mərhələrində “Gənc Tədqiqatçılar Forumu”nda araşdırma nəticələrini mütəxəssislərlə bölüşəcəklər.

İlkin seçim və müsahibə mərhələsini uğurla keçən namizədlər layihədə iştirak haqqı qazanacaqlar.

\ Kimlər iştirak edə bilər?

- Bakalavr, Magistr və Doktorantura pilləsində təhsil alan tələbələr və ya yeni məzunlar;

- ASSA təşkilatına üzv tələbələr

Digər tələblər:

- 18-29 yaş aralağında olmaq;

- Müvafiq ixtisas fənləri üzrə dərin biliklər;

- Tədqiqat etmək üçün baza biliklərinin olması;

- Tədqiqat etmək üçün yetərli həvəs və vaxtın olması;

- Səlis Azərbaycan dili bilikləri (İngilis dili biliklərinin olması arzu olunandır).

Layihə EOS Academy və ASSA - Azərbaycan Tələbə İcmaları Assosiasiyası təşkilatları tərəfindən icra olunur. Layihədə iştirak ÖDƏNİŞSİZDİR. Layihədə uğurla iştirak edənlərə iştirakçı sertifikatı və referans məktubu veriləcək.

 Müraciət və əlaqə üçün: https://linktr.ee/assa.org.az 

https://forms.gle/4B5ScWDvDBoaZzSP8

 Müraciət üçün son tarix: 15 Oktyabr, 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 123
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 176
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...