Cümə axşamı, 21 Avqust, 2025

Elm və Təhsil Nazirliyinin tabe qurumunda “Çağrı mərkəzi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 2 May, 2023 - 12:33
Elm və Təhsil Nazirliyinin tabe qurumunda “Çağrı mərkəzi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya

Elm və Təhsil Nazirliyinin tabe qurumuna “Çağrı mərkəzi üzrə mütəxəssis” vəzifəsi üzrə namizədlər axtarışındayıq!
 
Vəzifə öhdəlikləri

- Gündəlik daxil olan telefon zənglərini vaxtında cavablamaq;
- Daxili sistem üzrə zənglərin qeydiyyatını aparmaq;
- Vətəndaşlarla etik qaydalara uyğun olaraq ünsiyyət qurmaq;
- Zəruri hallarda vətəndaş müraciətlərini müvafiq olaraq yönləndirmək;
- Daxil olan zənglərlə bağlı hesabatlar hazırlamaq.
 
Tələblər

- Ali təhsil;
- Müvafiq sahə üzrə iş təcrübəsi (çağrı mərkəzi, müştəri xidmətləri üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir);
- Dil bilikləri (Azərbaycan dilində səlis danışıq qabiliyyəti mütləqdir; Rus dili üstünlükdür);
- Kompüter bilikləri (MS Office);
- Effektiv ünsiyyət bacarığı;
- Problem həll etmə bacarığı.
 
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Çağrı mərkəzi üzrə mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
 
Son müraciət tarixi: 05.05.2023

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...