İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT layihələri şöbəsinə kiçik mütəxəssis/mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
Layihələrin idarəedilməsi üzrə proqram təminatlarında işləmə bacarığı;
Scrum, Agile metodologiyası sahəsində dərin biliklər;
Komanda ilə işləmək bacarığı;
Effektiv prioritetləşdirmə bacarığı;
Üstün təqdimat və danışıqlar aparmaq bacarığı;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dili yaxşı səviyyədə bilmək;
Project Management Professional (PMP) sertifikatı üstünlükdür.
Görəcəyiniz işlər:
Layihələrinin vahid mərkəzdən idarə edilməsi (Layihəni təyin etmək, təsvir etmək, başlamaq və sonadək izləmək);
İT Layihələr kataloqunun hazırlanması;
Vahid layihə idarəetmə prinsipinin hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi;
Layihə nəticələrin analizi;
Layihə üzrə risklərin analizi;
Layihələr ilə bağlı qabaqcadan uzunmüddətli (İllik və s.) fəaliyyət planlarının hazırlanması;
Layihələrin idarəedilməsinə dair sənədləşmə işlərinin görülməsi;
Layihələrin idarəedilməsinə dair effektivliyin analizi və keyfiyyətə nəzarət;
Layihələrinin büdcələrinin yaradılması, layihənin inkişafı və həyata keçirilməsi üçün resursların mövcud olduğundan əmin olmaq, zəruri hallarda resursların bölüşdürülməsi;
Layihənin son tarixlərinin və qrafiklərinin izlənməsini həyata keçirmək, görüşlərin təşkili;
Mövcud və daxil olan İT Layihələrinin yenilənməsi;
Komandanın aktiv Layihə Yol Xəritəsini yeniləmək və ona nəzarət etmək, bütün aktiv layihə işlərinin vaxt qrafikini biznesin maraqlı tərəfləri ilə bölüşmək.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 06.03.2023-cü il;
CV-lər [email protected] ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur