Bazar, 24 Avqust, 2025

DTA 2025-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir


  • Dərc edildi: 3 Fevral, 2025 - 15:05
DTA 2025-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir

DTA 2025-ci il üzrə turizm sahəsində qrant müsabiqəsi elan edir



Dövlət Turizm Agentliyi fevralın 3-dən etibarən turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsini həyata keçirmək üçün müsabiqə elan edir.

Müsabiqənin məqsədi turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması, turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmənin həyata keçirilməsidir.

Müsabiqənin şərtlərinə əsasən təqdim olunmuş layihələrin icra müddəti səkkiz aydan, məbləğinin dəyəri isə əlli min manatdan çox olmamalıdır.

Qrant müsabiqəsində bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər iştirak etmək hüququna sahibdirlər.

Müsabiqə sənədləri müşayiətedici sənədlərlə birlikdə 3 mart 2025-ci il, saat 18:00-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.

İştirak üçün ümumi tələblər, mövzular, layihələrin təqdim olunmasına dair tələblər və digər məlumatlarla aşağıdakı fayla keçid edərək tanış ola bilərsiniz:  FAYL

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 459
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 91
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7335
Sumqayıt Dövlət Univ...