Şənbə, 9 Avqust, 2025

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli” layihəsinin növbəti qrupları üçün qeydiyyat başladı!


  • Dərc edildi: 18 Sentyabr, 2023 - 12:15
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli” layihəsinin növbəti qrupları üçün qeydiyyat başladı!

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli” layihəsinin növbəti qrupları üçün qeydiyyat başladı!

Layihəyə əsasən, ölkəmizin regionlarında (kəndlərdə) yaşayan 200 nəfər gəncin informasiya texnologiyaları sahələrində bilik və bacarıqlarının artırılmasına dəstək çərçivəsində təlimlər təşkil ediləcək. Təlimlər peşəkar mütəxəssislər tərəfindən aşağıdakı mövzular üzrə tam ödənişsiz olaraq Sabirabad, Saatlı, Beyləqan, Füzuli, Biləsuvar, Lənkəran, Ağstafa, Tovuz, Ucar və Siyəzən Gənclər Evlərində təşkil ediləcək:

- “Backend” proqramlaşdırma

- “Frontend” proqramlaşdırma

- Rəqəmsal marketinq

- Qrafik dizayn.

 Təlimlərdə iştirak etmək istəyənlər 30 sentyabr, saat 22:00-dək aşağıda qeyd edilən linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər.

 https://shorturl.at/fINO4

 Qeyd: Təlimlər 3 ay müddətində (oktyabr-dekabr) davam edəcək. Qeydiyyatdan keçən şəxslər təməl kompüter biliklərini ölçən onlayn imtahanda mütləq iştirak etməlidirlər. Onlayn seçim imtahanında yüksək nəticə əldə edən şəxslər layihədə iştirak etmək hüququ qazanacaqlar.

Onlayn seçim linki imtahandan öncə layihəyə müraciət zamanı qeyd etdiyiniz e-mail ünvanına və ya "Whatsapp" nömrənizə göndəriləcək.

 Hər birinizə uğurlar arzulayırıq!

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6127
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1233
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 469
“İnnovativ məktəb” l...