1C Administrator vakansiyası

AZFPCOLTD MMC 1C Administrator vakansiyası üzrə işçi qəbulu elan edir:

Vəzifə öhdəlikləri:

– 1C 8.3 informasiya sistemini istifadəçilərə təmin etmək və dəstəkləmək;
– 1C proqram təminatında yeni hesabat çap formalarının proqram təminatında yaranan nasazlıqların operativ şəkildə həll etmək;
– Müəssisənin struktur bölmələrinin məlumat ehtiyaclarını təhlil etmək və istifadəçi hüquqları ilə təmin etmək;
– İsifadəçilərin 1c-də yaranan problemlərini həll etmək və onlara lazım gəldikdə təlim keçmək;
– 1C bazasının işinin təhlilini və optimallaşdırılmasını həyata keçirmək;
– Proqram təminatında dəyişikliklər üçün öz xidmətlərini təklif etmək;
– Proqram təminatında istifadə nəticələrində yaranan çatışmazlıqları tərtib və analiz etmək, yaranan problemləri imkan daxilində aradan qaldırmaq.

Tələblər:

– Ali təhsil;
– Qeyd edilən sahədə ən azı 3 il iş təcrübəsi;
– İnformatika, Kibernetika, Kompüter mühəndisliyi və.s sahəsində ali təhsil;
– Azərbaycan, rus dillərini bilməlidir;
MS Office, 1C 8.3 (ERP 2) proqramlarında mükəmməl işləmə bacarığı.

Müraciət etmək üçün vakansiya başlığını qeyd etməklə [email protected] ünvanına CV-nizi göndərməyiniz xahiş olunur.

Bir cavab yazın

Back to top button