8 Aprel 18:06

2 beynəlxalq sərgi bir arada!

15-ci Yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi

AZƏRBAYCAN VƏ BÜTÜN QAFQAZ REGİONUNDA
TURİZM SƏNAYESİNİN

ƏN BÖYÜK İXTİSASLAŞDIRILMIŞ TƏDBİRİ

“AITF” sərgisi Azərbaycanda sürətlə inkişaf edən turizm bazarının əlamətdar hadisəsidir və hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçı və qonaqları vahid meydançada bir yerə toplayır.

“AITF” Qafqaz regionunun aparıcı beynəlxalq sərgisi statusunu qazanmışdır və səyahətlər, işgüzar turizm, müalicəvi və eksklüziv istirahət sahələrində ən son təmayülləri nümayiş etdirən Azərbaycanlı və xarici ekspertlərin fəaliyyəti üçün möhkəm zəmin yaratmaqla regionda çağdaş turizm bazarının ümumi mənzərəsini əks etdirir.

Sərgi 2010 və 2011-ci illərdə  UFİ (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) akkreditasiyasından keçmişdir.

“AITF”sərgisinin üstünlükləri

Bazarın ümumi qiymətləndirilməsi

Qısa müddət ərzində bazarın maksimal dərəcədə əhatə edilməsi, ölkənin bütün əsas turizm sənayesi nümayəndələrinin vahid biznes meydançasında bir araya gəlməsi.

Maksimum işgüzar əlaqələr

Turizm sahəsinin peşəkarları və korporativ sifarişçilər ilə üç gün ərzində fəal görüş və danışıqların keçirilməsi.

Dövlət dəstəyi

Sərgi tam dövlət tərəfindən dəstəklənir. İki il ərzində, sərgini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyarət edir və bu tədbirin statusunu əhəmiyyətli dərəcəyə yüksəldiyini bir daha vurğulayır.

Ən yaxşı PR kampaniya

Bütün ictimaiyyətin və peşəkar kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmaq imkanı, o cümlədən iştirakçılar və onların məhsulları haqqında məqalələrin ölkənin və bütün regionun aparıcı nəşrlərində və internet resurslarında dərc edilməsi, eləcə də ölkənin bütün televiziya kanallarında iştirakçılar haqqında video-icmalların yayımlanması.

Ziyarətçilərin peşəkar tərkibi

Tədbirin ilk 2 günü ərzində sərgiyə yalnız (xüsusi dəvətnamələr əsasında) mütəxəssislər gəlirlər.
Sərgi ziyarətçilərin 70%-dən çoxu peşəkarlardır.

İşgüzar proqram

Zəngin işgüzar proqram: mətbuat konfransları, iştirakçı ölkələrin nümayəndə heyətləri tərəfindən təqdimatlar, aparıcı turoperatorlar və mehmanxana sahiblərinin tematik seminarları.
UNWTO tərəfindən keçirilən texniki seminarlar.

Yeni sərgi kompleksi

Qafqaz regionunda analoqu olmayan müasir və yeni sərgi kompleksi. Geniş çeşiddə hazır və fərdi stend konstruksiyaları.

 

“AITF” sərgisində nümayiş etdirilir

  • Hava yolları, aviadaşıyıcılar və avia-agentlər
  • Turoperatorlar və turagentlər
  • İştirakçı ölkələrin milli turizm təşkilatları (MTT)
  • Mehmanxanalar, mehmanxana şəbəkələri, sanatoriyalar, pansionatlar
  • Fəal və sərgüzəştli istirahət
  • İşgüzar səfərlərin təşkili
  • Müalicəvi-sağlamlaşdırıcı və SPA istirahət
  • İdman və ekoloji turizmi
  • Maarifləndirici turizm, yay məktəbləri
  • Kübar istirahət və VİP səyahətlər
  • Mehmanxana və səyahət turlarının bronla sifarişi üçün kompüter sistemləri

Sərgi bölmələri

  • Avtobus turları
  • Aviaxəttlər və agentliklər
  • Turizm operatorlar
  • Aktiv və macəralı istirahət
  • İdman turizmi
  • Təhsil turizmi, təlim turları
  • İşgüzar və insentiv turlar
  • Mehmanxana və istirahət mərkəzləri üçün avadanlıqlar
  • “VIP” səviyyəli bahalı turizm
  • Bank xidmətləri və sığorta
  • Milli turizm təşkilatları
  • Sağlamlıq mərkəzlərində və sanatoriyalarda istirahət
  • Biletlərin əvvəlcədən əldə olunması üzrə kompüter sistemləri və bilet satışı
  • Ekoloji turizm
  • Avtomobillərin icarəsi

——————————————————————————————-

10-cu YUBİLEY QAFQAZ BEYNƏLXALQ MEHMANXANA, RESTORAN VƏ SUPERMARKETLƏR ÜÇÜN AVADANLIQ VƏ LƏVAZİMATLAR SƏRGİSİ

Ənənəvi olaraq keçirilən HOREX Caucasus sərgisi Cənubi Qafqaz və Xəzər regionunun qonaqpərvərlik sənayesinin mühüm tədbiridir. Sərgi mehmanxana və restoran biznesinin mütəxəssisləri üçün ideal işgüzar platforma təmin etməklə öz məhsul və xidmətlərini nümayiş etdirmək, turizm sənayesinin aparıcı nümayəndələri ilə fikir və təcrübə mübadiləsi aparmaq habelə yeni işgüzar əlaqələrin qurulmasına münasib şərait yaradır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göstərilən rəsmi dəstək HOREX Caucasus tədbirinin əhəmiyyətini bir daha vurğulayır və tədbirin yüksək statusunun əyani sübutu olaraq hər ilAzərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən ziyarət olunur.

“HOREX CAUCASUS” 2015 FAKTLAR

Ümumi sahə:5562 m²
İştirakçılar:371
Təmsil olunan ölkələr:43

 

İştirakçıların 68%-i sərginin nəticəsində müqavilələrin imzalanmasını gözləyir
İştirak edən şirkətlərin 63%-i sərgidə işguzar əlaqələrin qurulduğunu təsdiqlədi

Ziyarətlərin ümumi sayı: 4 560
Peşəkar ziyarətçilər: 89%

 

Peşəkar ziyarətçilərin 76%-i şirkət rəhbərləri və ya qərarın qəbul olunmasına birbaşa təsir göstərən şəxslər təşkil edirdi.
92%-i ziyarətçi “HOREX Caucasus” 2016 sərgisini ziyarət etməyi planlaşdırır

Sərgi bölmələri

 

  • Mehmanxana, restoran və super-marketlərin kompleks təchizatı
  • Mətbəx üçün avadanlıqlar
  • Ticarət, vitrin, soyuducu avadanlıqlar
  • Vendinq (ticarət köşkləri vasitəsi ilə satış)
  • Otel, restoran və kafelər (HoReCa) üçün ərzaq məhsulları və içkilər
  • Kassa və çəki avadanlıqları
  • Avtomatlaşdırma və təhlükəsizlik sistemləri
  • Mehmanxana və restoranlar üçün mebellər
  • İnteryer dizaynı və bəzək-naxış işləri
  • Tekstil və uniforma
  • Qab-qacaq və masalar üçün servirovka
  • Peşəkar təmizləmə, gigiyena vasitələri
  • Səs, işıq və proyeksiya avadanlıqları
  • Oyun aparatları
  • Santexnika və fitnes üçün avadanlıqlar
  • Xalça və döşəmə örtükləri
  • İşçi heyətinin seçilməsi

——————————————————————-

Sərgilər 7-9 apreldə keçirilir.

Giriş sərbəstdir.

Sərginin iş saatları ↑ 

 

7 Aprel11:00 – 18:00
8 Aprel10:00 – 18:00
9 Aprel10:00 – 16:00

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

Keçirildiyi yer ↑ 


“Bakı Expo” Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərgiyə necə gəlmək olar:

“Bakı Expo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • “Koroğlu” və “Q.Qarayev” metro stansiyalarından – N 136, 160, 171


Sərgi ziyarətçiləri üçün hər saatdan bir pulsuz avtobuslar hərəkət edəcəklər:

  • “Koroğlu” metro stansiyası – Bakı Ekspo Mərkəzi (əks istiqamət daxil olmaqla)
7 aprel8 aprel9 aprel
Bakı Ekspo Mərkəzinə

10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00

Bakı Ekspo Mərkəzinə

10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00

Bakı Ekspo Mərkəzinə

10.00
11.00
12.00
13.00
14.00

Bakı Ekspo Mərkəzindən

12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən

11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən

11.00
12.00
13.00
14.00
15.00
16.00

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)