16 Oktyabr 17:33

“2-ci Könüllülük Akademiyası” proqramı başlayır!

Binəqədi Gənclər Evi fəalliyyətlərinin bir parçası olun!
Bütün dünyada geniş yayılan könüllülük fəalliyəti öz iradəsi və sərbəst seçimi əsasında sevilən layihələrin bir parçası olma şansı əldə etmək deməkdir.
Əziz gənclərimiz!

Bu şansı Binəqədi Gənclər Evi yaradır!
Oktyabr ayından etibarən Binəqədi Gənclər Evinin “2-ci Könüllülük Akademiyası” proqramı başlayır!
Könüllülük proqramımız 2 ay müddətində davam edəcək. Bu müddət ərzində müxtəlif təlimlərə və fəaliyyət işlərinə cəlb olunmaqla, gənclər:
Komanda şəklində işləmək bacarığının təkmilləşdirilməsi,
Öz kreativliklərini ortaya qoymaq üçün potensialın yaradılması,
Layihə boyunca  həm Gənclər Evinin fəaliyyətində  yaxından iştirak etməsi, həm də onlara keçiriləcək olan təlimlərdə dövrümüz üçün aktual olan bacarıqların ötürülməsi,
Akademiya çərçivəsində fərdi layihələrini həyata keçirmək və maliyyələşdirmə əldə etməsi kimi şanslar qazanacaqlar.
2 ayı müvəffəqiyyətlə başa vuran könüllülərimiz xüsusi diplomlarla təltif olunacaq.
17-25 yaş aralığında gənclər, qeydiyyatdan keçməklə “2-ci Könüllülük Akademiyası” proqramımıza qoşulun!
Aşağıdakı link vasitəsilə QEYDİYYATdan keçə bilərsiniz:

Qeydiyyat

Son qeydiyyat tarixi: 25.10.2019, 19:00
Əlaqə nömrəsi: (012) 561 92 02
Mobil & WhatsApp: (055) 423 92 02
Ünvan: Binəqədi Gənclər Evi  (Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 13/37)
Email ünvanı: [email protected]
Web ünvanı: www.uzv.bge.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)