Gənclər üçün ödənişsiz “Media savadlılığı səfirləri” proqramı

 Əziz dostlar, MİSP təşəbbüsü olaraq təlimçilik təlimləri proqramımızı sizinlə bölüşməkdən məmmunuq!

 

MİSP komandası olaraq media savadlılığı sahəsində öz bilik və praktiki bacarıqlarını artırmaq, bunu Bakı şəhəri və regionlarda digər gənclərlə bölüşmək istəyən gəncləri “Media savadlılığı səfirləri” proqramımıza qoşulmağa dəvət edirik.

 

Proqram media savadlılığı üzrə 6 günlük səriştə quruculuğu və təlimçilər üçün təlimlər, daha sonra iki aylıq mentorluq fəaliyyətindən ibarətdir. Mentorluq proqramı müddətində iştirakçılar təlimlər zamanı öyrəndiyi biliklər üzrə faktların yoxlanılması fəaliyyəti ilə məşğul olacaq və komandalar olaraq qısa müddətlik seminarlar vasitəsilə əldə etdiyi bilikəri digər gənclərlə bölüşəcəklər.

 

Eyni zamanda layihənin sonunda təşkilatçıların dəstəyi ilə iştirakçıların təcrübələri əsasında bu sahənin inkişafı üçün strategiya sənədi hazırlanacaq.

 

Proqramda iştirak üçün seçim prosesi onlayn müraciət və müsahibə mərhələlərindən ibarətdir.

 

Layihəyə

 

- media və informasiya savadlılığı sahəsində marağı olan və bu sahəni digər gənclərlə bölüşmək istəyən;

 

- layihə müddətində təlim və fəaliyyətlərdə aktiv iştirak edə biləcək şəxslər müraciət edə bilər.

 

Layihə çərçivəsində fəaliyyətlər:

 

  21, 22, 23, 27, 28, 29 oktyabr 2023-cü il.

 

 Həftə sonu: 15:00-18:00, həftə içi: 18:00-21:00

 

Təşkilatçılar və mentorların dəstəyi ilə komandalar olaraq faktların yoxlanılması üzrə fəaliyyətlər və 2 günlük seminarların təşkili

 

Noyabr - Dekabr 2023-cü il

 

 

Müraciət üçün son tarix: 10 oktyabr 2023-cü il, 23:59:59.

 Müraciət üçün keçid: https://forms.gle/Cska3eZsdXw6Ws4Q9

 

Qeyd: Bu proqram Avropa İttifaqının maliyyə yardımı ilə hazırlanmışdır. Proqram müddətində baş tutacaq bütün fəaliyyətlər üzrə “MİSP” təşəbbüsü məsuliyyət daşıyır və burada ifadə olunan fikirlər heç bir halda Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az