27 Yanvar 18:41

2016-CI İLDƏ MÜHARİBƏ QAÇILMAZDIR

Nəhənglərin toqquşması dünya düzəninə yaxşı heç nə vəd etmir Dünyadaki bütün hadisələr Rusiyanin cökdürülməsinə yönəlib.

Düşünürəm ki, səbəblər hamıya aydındır. Rusiya SSRİ-nin varisidir. Hərbi yolla Rusiya ilə bacara bilməyən Qərb dövlətləri iqtisadi yolla çökdürmək istəyirlər. Rusiyanın Ukraynaya müdaxiləsi, Krımı işğal etməsi ilə hər şey dəyişdi, Oərb-Rusiya münaqişəsi siyasi müstəvidən iqtisadi müstəviyə keçdi.  Bütün Qərb dünyası hərəkətə gəldi və Rusiyaya qarşı “iqtisadi sanksiyalar” adı altında maliyyə müharibəsi elan edildi. Amma Rusiyanın,Ukraynaya girməsinin məqsədi işğal deyil, Ukraynanı itirməmək üçün məcburi etdi bunu. Qərb bu məsələdə əməlli-başlı tər tökür.Neftin qiyməti dünya iqtisadiyyatı üçün kritik həddə – 20 dollara düşə bilər.. Neftin ucuzlaşmasında Səudiyyə Ərəbistanı günahkardır. ABŞ-ın kuklası olublar şexyxlər.

Artıq dünyanın bir sıra siyasi tədqiqat mərkəzi, beynəlxalq səviyyəli  aparıcı mütəxəssislər neftin qiymətinin düşməsinin iqtisadi səbəblərdən çox, siyasi amillərə söykəndiyini etiraf edir.Yəni neftin qiyməti süni yolla aşağı düşür.

Bu məsələdə yenə də Qərbin sərt, hətta boz üzü görünür. Məlum olduğu kimi, Qərb həmişə insan haqlarından danışır. Hər addımda insan haqlarının “Bibliya”dan müqəddəs olduğunu vurğulayır. Amma söhbət öz maraqlarından düşəndə, öz məqsədlərinə çatmaq üçün nəinki insan haqlarını, hətta insan həyatını qurban verir. Axı, Rusiya, İran yalnız prezidentdən və dini liderdən ibarət deyil, söhbət iki yüz milyon insandan gedir. Qərbin, onun arxasında duran ABŞ-ın  sanksiyaları da Rusiya, İran dövlətinə, liderlərinə yox, birbaşa Rusiya, İran xalqlarına yönəlib. İqtisadi sanksiyaların tətbiq olunması, neftin iki dəfə ucuzlaşması nəticəsində xalq iki dəfə kasıblaşıb.

2001-ci ilin sentyabrında Nyu Yorkda Əl Qaidə adlı   terror təşkilatının   başçısı Üsamə bin Ladenin rəhbərliyi ilə həyata keçirildiyi iddia olunan (artıq sübut olunub ki, bu hadisəni təşkilat səviyyəsində törətmək mümkün deyildi) məşhur terror hadisəsində bir neçə min amerikalı həlak olmuşdu. ABŞ hökuməti, faktiki olaraq, dünyanın yarısına müharibə elan etdi, o biri yarsını bu müharibəyə cəlb etdi. İraq, Əfqanıstan kimi müsəlman ölkələri, faktiki olaraq, dağıdıldı. Bu ocaqlar indi də tüstülənməkdədir. Yüz minlərlə insan həlak oldu, didərgin düşdü, şikəst oldu, bu qətliam indi də müsəlman ölkələrində “Ərəb baharı” şərti adı altında davam etməkdədir. Yenə də Amerikaya qayıdacaq olsaq… Perl Xarbor hadisələrini misal göstərə bilərik. 7 dekabr 1941 – ci ildə yapon təyyarələri Amerikanın hərbi hava bazasına hücum etdi. Nəticədə 3000 – dən çox amerikalı həlak oldu. Bu hadisə Amerikanı Yaponiyaya qarşı müharibə elan etməyə sövq etdi. Daha sonra Pearl Harbor hücümunu araşdıran bir çox tədqiqatçının fikrinə görə, yaponların hücumundan ABŞ kəşfiyyatı xəbərdar idi. Amma bu hücum eyni ilə “11 sentyabr hadisəsində olquğu kimi, ABŞ-a İkinci Dünya müharibəsinə qoşulmasına əsas verirdi.

Rusiya , ABŞ-ın qarşısından çəkilmir, şiddətli sanksiyalar şəraitində eyni şiddətli müqavimət göstərir. Rusiya öz işindədir, sözdə Suriyada İŞİD-in möqelərinə zərbə endirir. Əslində isə Prezident Bəşər Əsədə müxalif olan bütün qüvvələri məhv edir. Faktiki olaraq, Suriyada,ABŞ-Rusiya müharibəsi gedir .Nəticə də göz önündədir, dünən çiçəklənən müsəlman ölkəsi bu gün rəzil gündədir, Suriya artıq ikinci Əfqanıstan, İraq mislindədir. Rusiyanın Suriyaya girməsi ilə kürdlərin də əli-ayağı açılıb. Kürdlər isə məlum olduğu kimi, Türkiyəyə qarşı ərazi iddiasında və PKK timsalında silahlı münaqişədədirlər.

Dünyamız bəlkədə heç bir zaman indiki qədər qorxulu və təhlükəli mərhələyə daxil olmayıb.

Avropanın əsas problemi öz maraqlarını müdafiə etməkdən imtina edərək bir hissəsini ABŞ-a verməsidir. ABŞ-ın Suriya siyasəti Rusiyanı məğlub etmək üçündür. Ama Rusiya bunu anlayıb özünü qoruyur. Rusiyanın qulağının dibinə raketlər, raket əleyhinə qüvvələr yerləşdirəndə, Rusiya nə etməli idi?  Rusiya anlayır ki, Suriya əldən getsə, Qərblə əlaqəsi kəsiləcək və məhv olacaq. Ona görə Ruisya, Suriya siyasətində haqlıdır. Həm özünü, həmdə Suriyann bir dövlət kimi haqqlarını qoruyur. Ayını divara dirəyəndə dişləyər. Qərb isə ayını diri-diri dərisini soymaq istəyir. Bəs ayı nə etməlidir? Təbii ki, qarşısına çıxanı didməlidir.

HÜSEYNLİ ANAR

Bəyən və paylaş