2017-2018-ci il FLEX proqramı üçün müraciət etmək vaxtıdır!
FLEX Proqramı Azərbaycandan olan məktəb şagirdləri üçün ABŞ-da bir tədris ili müddətində amerikalı ailədə yaşamaq və Amerika orta məktəbində təhsil almaq imkanı verən təqaüdlər təqdim edir. FLEX proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir.
FLEX Proqramının imtahanlarının keçirilməsinin tarixləri və yeri | |||
22.10.16 | 9:00 | Şənbə | Bakı – Amerika Mərkəzi- Azərbaycan Dillər Universiteti |
23.10.16 | 9:00 | Bazar | Lənkəran – Lüks Hotel |
29.10.16 | 9:00 | Şənbə | Şəki– Sheki Palace Hotel |
30.10.16 | 9:00 | Bazar | Mingəçevir – Kür hotel |
2017-2018-ci il FLEX proqramı üzrə şagirdlər üçün nəzərdə tutulan tələblər bunlardır:
- Azərbaycan üçün müəyyən edilən sinif/yaş tələblərinə cavab verməlidir
- 15 fevral 1999 – 15 iyul 2002-ci il tarixləri arasında anadan olmalıdır
- Müraciət edən zaman 11-ci sinifdə oxumalı və FLEX proqramına yola düşməzdən əvvəl orta təhsili bitirməlidir
- Hərbi xidmətə getməli olan 11-ci sinif şagirdləri proqramda iştirak edə bilməz
- Müraciət edilən vaxtda orta təhsil müəssisəsində təhsil almalı
- Yaxşı və ya əla qiymətlərə malik olmalı
- Əvvəllər İngilis dili təhsili almalı və qeydiyyat zamanı məqbul İngilis dili bilikləri nümayiş etdirməlidir
- ABŞ-ın viza uyğunluğu tələblərinə cavab verməlidir
- Azərbaycan Respublikasının vətəndaşı olmalı və beynəlxalq pasport almalıdır
Biz eyni zamanda xüsusi qayğıya ehtiyacı olan bütün şagirdləri proqrama müraciət etməyə dəvət edirik. Fiziki məhdudiyyətli şagirdlər üçün yaş həddləri: 15 Fevral 1999 – 15 iyul 2002-ci il.
Qeydiyyatdan keçmək üçün aşağdakı sənədləri gətirmək lazımdır:
- Doğum haqqında şəhadətnamə (metrika) və ya şəxsiyyət vəsiqəsi
- Bir ədəd (yeni) 3×4 sm ölçüdə fotoşəkil
- Qələm (qara rəng)