#
12 Yanvar 09:52

2018/19-cu tədris ili üçün Macarıstan təqaüd proqramına dair elan

Müraciət forması və tarixlər:
1. Namizədlərin elektron müraciət formasını doldurmaları üçün yekun tarix
16.02.2018-ci ildir.
2. Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali
təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə
keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
3. Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron poçt vasitəsilə
bildiriləcəkdir.
4. Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə
buraxılmayacaqdır;
5. Hər bir namizədlə keçirilmiş müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə
audio-video çəkiliş aparılır.
6. Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur.
7. Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Macarıstan
Təqaüd Heyətinə təqdim ediləcəkdir.
8. Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Macarıstan tərəfinə göndərilmiş
namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə seçim
sıralamasına uyğun olaraq (1,2,3) göndəriləcəkdir.
*Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili
qaydalarla tənzimlənir. Göstərilmiş 3 universitetdən heç birinə qəbul ola bilməyən
namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaqdır.
9. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan Təqaüd Heyətinin yekun
qərarının cari ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
10. Yalnız xüsusi və gözlənilməz hallar istisna olmaqla və Tempus Fondunun razılığı
olmadan təqaüdü qazanmış namizədlər təhsillərini növbəti semestrə və ya akademik
ilə təxirə sala bilməzlər
macaristanda-tehsil

Rəylər

rəy(lər)