“2019-2023 Dövlət Proqramı” çərçivəsində kənd təsərrüfatı ixtisas istiqaməti üzrə vebinar

“2019-2023 Dövlət Proqramı” çərçivəsində kənd təsərrüfatı ixtisas istiqaməti üzrə vebinar

“2019-2023 Dövlət Proqramı” çərçivəsində 19 yanvar 2022-ci il, saat 16:00-da “Müasir kənd təsərrüfatı və kənd təsərrüfatının iqtisadiyyatda rolu” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Ramil Əzməmmədov çıxış edəcək. Ramil Əzməmmədov bakalavr təhsilini Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatının İqtisadiyyatı və Magistr təhsilini isə Macarıstanın Sent İstvan Univesitetində Regionların İnkişafı və Aqrobiznes sahəsində almışdır.

2015-ci ildən “Azərsun Holding” və “Agro Food İnvestments” şirkətlərinin iri həcmli aqrar layihələrində çalışır. Asia İnkişaf Bankının layihələrində yerli expert kimi fəaliyyət göstərib. Eyni zamanda, fermerlərə onlayn xidmət göstərən “Dr. Agro” startap-nın və “Bifox” gübrə istehsalı şirkətlərinin həmtəsisçisidir.

Vebinarın keçirilməsində əsas məqsəd Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura səviyyəsi üzrə “Kənd təsərrüfatı” ixtisas istiqaməti üzrə qəbul barədə ətraflı məlumatın verilməsidir.

Vebinar “Microsoft Teams” proqramı üzərindən keçiriləcəkdir.

Vebinarda iştirak  qeydiyyatladır və son qeydiyyat tarixi: 18.01.2022-ci il

Vebinara qeydiyyat üçün linki keçiddən əldə edə bilərsiniz.

____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles