reklam

“Sosial Media Marketinq” vəzifəsi üzrə vakansiya

Vakansiya: SMM

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (publik hüquqi şəxs) “Sosial Media Marketinq” vəzifəsi üzrə vakansiya elan edir!

Namizədlərə dair minimal tələblər:

  • • Ali təhsil;
  • • SMM sahəsi üzrə ən azı 3 illik təcrübə;
  • • İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
  • • Nəticə yönümlülük;
  • • Araşdırma, təhlil, müqayisə və qərar vermək bacarığı;
  • • Yaradıcı və innovativ yanaşmalara açıq;
  • • Yenilikləri və trendləri izləməli;
  • • Kreativ və innovativ düşüncəli olmalı;
  • • Azərbaycan orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətn yazma bacarığı;
  • • İşgüzar səviyyədə İngilis dili biliyi;
  • • Microsoft Ofis proqramları ilə işləmə bacarığı (Word, Excel, Outlook).

Vəzifə öhdəlikləri:

  • • Şirkətə aid sosial media hesablarının idarə edilməsi (Linkedin, Facebook, İnstagram və.s) ilə işləmək;
  • • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;
  • • Sosial media hesablarının optimallaşdırılması: paylaşımların maksimum istifadəçi kütləsinə çıxışı üçün müxtəlif sosial media idarəetmə alətlərindən istifadə etmək;
  • • Sosial media hesabları üçün kreativ, original və yüksək keyfiyyətli yaradıcı məzmun, kontent (şəkil, mətn, video) təklifi verilməsi;
  • • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq;
  • • Gündəmi izləmək, analiz etmək və yüksək araşdırma aparmaq qabiliyyəti.

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Qeyd olunan tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində “Sosial Media Marketinq (SMM)” yazaraq [email protected] emailinə göndərə bilərlər.

Son müraciət tarixi: 2 may 2024

*Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Agentlik informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir (Milli Tənzimləyici Qurum) və nizamnaməsi  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı (https://e-qanun.az/framework/52626) ilə təsdiq edilib.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az