Layihələr üzrə koordinator (təcrübəçi) vakansiyası

Vakansiya : Layihələr üzrə koordinator(təcrübəçi)


İş rejimi : Hybrid(freelance/danışıq əsasında)
Tabeçilik : Əməliyyat üzrə rəhbər 



Vakansiya haqqında :


Gənc və dinamik komandamıza "Layihələr üzrə təcrübəçi koordinator" axtarırıq. Bu vəzifədə olacaq şəxs şirkətimizin təşkilatçılıq etdiyi layihələrin təşkilati işlərinin həyata keçirilməsi, layihə heyətinin idarəolunması və layihənin ümumi koordinasiya işlərini həyata keçirəcək. Bizim üçün uyğun namizəd məsuliyyətli, çalışqan, punktual, detallara və fikir verən və inkişafa yönümlü şəxs olmalıdır.
 


Əsas vəzifə öhdəlikləri :


 Şirkətin təşkilatçılıq etdiyi layihələr, əsasən Dünya Robot Çempionatı(WRC) və Dünya Robot Olimpiyadası(WRO) təşkilati işlərinə nəzarət;
 Layihələrlə bağlı üçüncü tərəflərlər və potensial sponsorlarla görüşlərin keçirilməsi, onlara layihələr haqqında əlavə məlumatların verilməsi;
 Layihə heyətinin işinin bölgüsü, heyətin optimallaşdırılması və idarəedilməsi;
 Layihələr üzrə tapşırıqların deadline-lara nəzarət və onların təqibi;
 Şirkətin gələcək inkişafı üçün potensial yeni layihələrin tapılması, araşdırılması və təşkilatçılıq üçün tövsiyyələrin verilməsi;
 Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası.
 


Tələblər :
 


Hard skills(Sərt bacarıqlar): 


 İngilis dili biliyi, rus dili arzuolunandır;
 MS Office, əsasən Excel və Google Disk ilə işləmək bacarıqları;
 İş təcrübəsi və ali təhsilin olması vacib deyil.



Soft skills(Yumşaq bacarıqlar): 


 Menecment qabiliyyəti;
 Yüksək ünsiyyət və problem həll etmə bacarıqları;
 Punktuallıq və tapşırıqların deadline-lara kimi çatdırılması;
 Təqdimat bacarıqları;
 İş planlaması və bölgüsü bacarıqları;



Biz nə təklif edirik :


 Gənc və dinamik komandada iş;
 Təcrübə proqramının sonunda əmək haqqı və işlə təmin edilmə;
 Korporariv nömrə ilə təminat.

Əgər vakansiyada göstərilmiş tələblərə uyğunsunuzsa, CV-nizi [email protected] və ya [email protected] elektron poçtuna "Layihələr üzrə təcrübəçi koordinator" başlığı altında 28.02.2025 tarixinə kimi göndərməyiniz xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az