Cümə axşamı, 21 Avqust, 2025

“Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” adlı layihəyə start verilir


  • Dərc edildi: 12 Sentyabr, 2023 - 15:05
“Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” adlı layihəyə start verilir

“Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” adlı layihəyə start verilir

Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dayanıqlı şəhər mobilliyinin təşviqində gənclərin iştirakçılığı istiqamətində təşəbbüslər” adlı yeni layihəyə start verir.

Layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, hərkəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir. 

Layihə çərçivəsində Bakı şəhərində 50 nəfərə yaxın gənc iştirakçı yol hərəkəti qaydalarına və müasir şəhər mobilliyinin prinsiplərinə dair bilik və bacarıqlarının artırılması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində qeyri-formal təhsil metodundan istifadə olunaraq görüşlər təşkil olunacaqdır. Görüşlərdə təcrübəli ekspertlər iştirak edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq. 

Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər. 

Müraciət üçün son tarix: 22 sentyabrr 2023-cü il saat 18:00

Ərizə forması: https://forms.gle/Ln1t6dccHH7bhThc7

Əlaqə vasitəsi: [email protected] 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 230
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 36
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7149
Sumqayıt Dövlət Univ...