Vəzifə: Müxbir (Müəlliflər və redaktorlar)
Təsnifatı:
Layihə və sturuktur bölmə rəhbərinə hesabat verir, Ədalətli və qərəzsiz perspektivdən yanaşaraq real hadisələr haqqında məlumat xarakterli xəbər məqalələri, gündəmin aktual mövzularını və maraqlı insan hekayələrini geniş araşdıraraq təkliflər verir.
Vəzifə öhdəlikləri
Hər gün öz təşəbbüsü ilə süjetlər üçün yeni mövzu təqdim edir;
Planlama iclasında layihə rəhbəri və redaktor tərəfindən mövzu təsdiqləndikdən sonra çəkiliş, montaj prosesini plana uyğun olaraq vaxtında və keyfiyyətli icra edir;
Prodüserə çəkiliş və montaj vaxtı ilə bağlı məlumat verir;
Razılaşdırılmış vaxta uyğunlaşdıraraq müsahiblə danışıq, səsyazma, videomaterial üçün tələb olunan digər məsələləri vaxtında həll edərək süjeti təhvil verir;
Layihə rəhbərinin və sturuktur bölmə rəhbərinin tapşırığına əsasən rubrika edir;
Mətnin və video montajın keyfiyyətli şəkildə hazırlanmasında məsuliyyət daşıyır;
Çəkilişdə olduğu məkandan efirə və sosial şəbəkəyə canlı bağlantıların edilməsini təmin edir;
Səsləndirdiyi fikir və ifadələrə görə birbaşa, müsahibə etdiyi şəxsin ifadəsinə görə dolayısıyla məsuliyyət daşıyır; Layihə rəhbərinin müəyyən etdiyi iş qrafiki ilə çalışmaq;
Öz sahəsinə uyğun olan son baş verən hadisələrdən məlumatlı olmaq;
Hazırladığı materialın ideyasını operatora və montaj rejissoruna doğru izah etməyi bacarmalıdır;
Yazdığı ssenari plan üzrə sujetin çəkilişini təşkil edir.
İTV-nin bütün çəkilişlərində iştirak etmək
Tələblər:
Müxbir qismində 3 ay və yaxud müvafiq sahədə daha çox iş təcrübəsi;
Cəmiyyətdə, sosial şəbəkələrdə davranış və yaratdığı kontent baxımından ehtiyatlı davranmalıdır;
Adobe Premier proqramında işləmə bacarığı.
Bilik və bacarıqlar:
Geniş araşdırma bacarığına sahib olmalı;
Güclü yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı;
Azərbaycan dilində mükəmməl özünü ifadə etməyi bacarmalı;
Düzgün tələffüz qabiliyyəti;
Danışıqlar aparmaq bacarığı.
Şirkət haqqında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.
Əgər müxbir olmaq istəyirsinizsə, Sizi komandamıza qoşulmağa dəvət edirik. Beləliklə CV-nizi [email protected] ünvanına başlıq hissəsində "müxbir" qeyd etməklə ünvanlaya bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur