Şənbə, 10 May, 2025

SMM Təcrübə Proqramı vakansiyası


  • Admin:
  • | Dərc edildi: 1 Mart, 2023 - 18:54
SMM Təcrübə Proqramı vakansiyası

SMM Təcrübə Proqramı

 

Biz kimik?

MOF bizneslərin sosial bələdçisidir. Müxtəlif brendlərə sosial şəbəkələrdə düzgün hədəf kütləsinin qarşısına çıxmağa, eyni zamanda həmin kütlənin diqqətini cəlb etməyə yardım edən əsas körpüdür. Müxtəlif biznes həlləri təqdim edən və yeni ideyaların yaradılmasına vəsilə olan komandamız, biznesinizin tikanlardan ulduzlara qalxmasına qədər sizinlə olacaq!

 

Tələblərimiz :

- Fərqli, qeyri-adi və kreativ düşüncə

- Problem həll etmək və araşdırma bacarığı

- Səmimi və xoş ünsiyyət bacarığı

- Qrammatik normalara riayət

- Analiz etmək bacarığı

- Komanda ilə işləmə bacarığı, ideyaların paylaşılması, brainstorming-də aktiv iştirak

- Təşəbbüskarlıq

 

İş saatları : Adı “Part-time”, əsli isə “Öyrənənə qədər işlədirik” :) 

Müddət : 1 ay

 

Nə kimi imkanlar bəxş edirik :

- Real iş mühitində bolluca təcrübə qazanmaq

- Marketinq (rəqəmsal və ənənəvi), eləcə də digər sahələri əhatə edən peşəkarlar tərəfindən mütəmadi həyata keçirilən təlimlər

- Bir çox qabaqcıl şirkətlərlə işləmə imkanı

- Təcrübəni təsdiq edən rəsmi sertifikat

- Təcrübə proqramından sonra işlə təmin olunma imkanı

- Əyləncəli komanda ilə iş

 

+ Ofisimiz parkın yanındadır, havalar da isinir :)

 

Proqrama qoşulmaq üçün öz CV-nizi [email protected] elektron poçt ünvanına mövzu(subject) bölməsində “SMM Təcrübə Proqramı” qeyd edərək göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 302
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 716
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 366
Xaricdə təhsil almaq...