“Kəndin Xəzinəsi” Proqramına qoşul və öz kəndinin dəyərli daşını sən yarat!
Öz fərdi bilik və bacarıqlarını, gələcək karyerası üçün özünü inkişaf etdirmək və yaşadığı kənddə icma quruculuğu fəaliyyətlərində aktiv şəkildə iştirak etmək istəyən, Bakı kəndlərində yaşayan 14-25 yaşlı məktəbli və gənclərin nəzərinə!
Bu fürsət məhz sizin üçündür!
“SmartNation” platforması tərəfindən reallaşdırılacaq bu layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçiriləcək.
“Kəndin Xəzinəsi” layihəsinin əsas məqsədi Bakının kəndlərində yaşayan məktəbli və gəncləri fərdi potensialın kəşfində, yumşaq bacarıqların inkişafında lazım olan dəstək alətləri ilə təmin etmək, həmçinin, yaşadıqları kənddə gənclərin ehtiyac və imkanlarını nəzərə alaraq, resurs mərkəzlərinin formalaşması və icma fəaliyyətlərinin təşkilində aktiv şəkildə iştiraklarına dəstək olmaqdır.
Üç ay davam edəcək layihə müddətində layihə iştirakçıları fərdi potensialın kəşfi, yumşaq bacarıqların inkişafı, gələcəyin bacarıq və peşələri, düzgün karyera hədəflərinin müəyyənləşdirilməsi, təhsilin həyatımızda və cəmiyyətimizdə rolu kimi maarifləndirici mövzularda təlimlərə cəlb olunacaq. Həmçinin, gənclərin lazımi resurslara əlçatanlığını təmin etmək məqsədilə onların özləri yaşadıqları kəndlərdə resurs mərkəzlərinin yaradılması prosesində birbaşa iştirak edəcək və mentorlar tərəfindən menecer olaraq yetişdiriləcəklər.
Kimlər müraciət edə bilər?
Layihə iştirakçıları nələr əldə edəcək?
Layihə məlumat sessiyaları, təlimlər, interaktiv vörşoplar, mentor dəstəyi, rol modellərlə görüş, netvörkinq görüşləri və düşərgə formatında təşkil olunacaqdır.. Təlimlər peşəkar təlimçi və mentorlar tərəfindən interaktiv metodlarla həyata keçiriləcək.
Proqramın ümumi müddəti 3 ay nəzərdə tutulmuşdur.
İştirak etmək istəyən gənclər aşağıdakı keçid vasitəsilə qeydiyyat formunu doldurmalıdır.
Seçilmiş iştirakçılarla əlaqə saxlanılacaq.
Qeydiyyat linki: https://forms.gle/DC8zZ1qN8AJMM7pW9
Son qeydiyyat tarixi: 20.02.2024, 23:59-dək
Proqramla bağlı əlavə suallarınız olarsa, [email protected] e-poçt ünvanına yaza və ya (+994) 51 476 54 78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb