Bazar ertəsi, 12 May, 2025

Ödəniş kartları üzrə baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 29 İyul, 2024 - 19:21
Ödəniş kartları üzrə baş mütəxəssis vakansiyası

Ödəniş kartları üzrə baş mütəxəssis vakansiyası

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

 

  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
  • MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
  • Sahə üzrə sertifikatların olması üstünlükdür;
  • Beynəlxalq kart ödəniş sistemləri ilə iş təcrübəsi;
  • Normativ sənədləri bilmək.

 

İŞİN TƏSVİRİ:

 

  • Yeni layihələr üzrə klirinq əməliyyatlarının aparılması, hesablaşmaların icrası, lazımi müxabirləşmələrin verilməsi;
  • Kart əməliyyatlarına nəzarət üçün risk monitorinq sisteminin qurulmasının təşkili və əməliyyatların nəzarətdə saxlanması;
  • Charge Back sorğuların araşdırılması, vəsaitlərin geri qaytarılmasına dair müvafiq instansiyalara müraciətlərin təmin olunması, müvafiq hallarda vəsaitin geri qaytarılmasına nəzarət;
  • VİSA və MaterCard ödəniş sistemləri ilə əməkdaşlığın inkişafı, yeni layihələrin müəyyənləşdirilməsi və tətbiqi;
  • VİSA və MaterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması və sistemə daxil edilməsi;
  • E-commerce əməliyyatları üzrə müxabirləşmələrin verilməsi;
  • Gündəlik klirinq üzrə fərqlərin araşdırılması;
  • Azericard, VİSA və MasterCard üzrə hesab-fakturaların təhlili, icrası, klirinqin aparılması;
  • Layihələrin icrası əsasında klirinq əməliyyatlarının aparılması, üzləşmələrin aparılması, əməliyyatların təhlili;
  • Kart məhsuluna aid bütün biznes və bankdaxili proseslərin müəyyənləşdirilməsində və tətbiqində iştirak etmək;
  • Kartların sistemdə filiallar üzrə tanıdılması, kart qalıqlarına nəzarət.

 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Ödəniş kartları üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 325
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 754
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 388
Xaricdə təhsil almaq...