24 Aprel 01:56

21-ci Əsr Valideyni Necə Olmalıdır?

Azərbaycanın proaktiv valideynləri!!!

May ayının 12-də Parents Of Azerbaijan və Kids First MMC-nin təşkilatçılığı ilə “21-ci əsr valideyni necə olmalıdır?” adlı seminar baş tutacaq. Seminar zamanı rəqəmsal nəslin nümayəndələrini necə yetişdirmək, onlara həyati bacarıqları öyrətməyin ən doğru yolunu necə tapmaq, yüksək texnologiyaların sürətli inkişaf etdiyi bir zamanda bu işin öhdəsindən necə gəlmək kimi suallara cavab tapacaqsınız.

Seminarda müzakirə ediləcək mövzular:

Modul 1
Biz-İnternet-Onlar
– Məlumat axınının tarixi və gələcəyi
– Məlumatı biz necə əldə edirdik, uşaqlar necə əldə edir?
– Məlumatı necə idarə etməliyik?
– Gün ərzində verilən 3 düzgün qərar barəsində

Modul 2
IQ və EQ mübarizə yoxsa birlik?
– Uşaqlar İQ-dur, valideynlər EQ-dur.
– Hisslərimizi necə idarə edirik?
– Kafkanın Atasına yazdığı məktub
– Atalar və oğulları, analar və qızları
– Bir qəhrəmanın səyahəti (Yunq nə deyir?)

– Çay fasiləsi

Modul 3
Yeni nəslin işləri və uğurları
– İnternetdə mövcud deyilsənsə mövcud deyilsən.
– Dijital dünyanın işləri, sosial şəbəkə və yaradıcılıq
– Oyun oynamaq karyera üçün vacibdir
– STEM və mühəndislik və bazar
– E-ticarət, biznes və təşəbbüskarlıq genləri olan uşaqlar

– Sual-Cavab Sessiyası

Seminar peşəkar təlimçi və yazar Coşqun Kərimov tərəfindən aparilacaq.
Coşqun Kərimov, Alamo 13, Kvan, Ubuntu və Onqaku kitablarının müəllifi, Yeni Fikir 2016 Startup Müsabiqəsinin və Seedstars Baku Regional Müsabiqəsinin qalibi, Kvotter və GR8 kimi sosial platformaların həm-təsisçisidir.

Seminarın kemiriləcəyi məkan: Landmark III Rotunda Hall

Seminarda iştirak ödənişsizdir. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun.

https://drive.google.com/open?id=1WaPmRk-7qvgd67A-S62tHwEyyqo576pT8k-sqfapifo

Əlavə məlumat üçün zəng edin və ya bizə yazın.
Tel: (055) 219 67 64
E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)