Cümə axşamı, 21 Avqust, 2025

“Laçın Könüllüləri” qrupuna qəbula start verilir


  • Dərc edildi: 28 İyun, 2024 - 15:20
“Laçın Könüllüləri” qrupuna qəbula start verilir

“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Laçın Könüllüləri” qrupuna qəbula start verilir! 

 

 Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən Laçın rayonundan olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq https://qayidish.konullu.az saytından qeydiyyatdan keçə bilər.

 Son müraciət tarixi 15 iyul 2024-cü ildir.

Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra Laçın rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

Qeyd edək ki, "Qayıdış Könüllüləri" Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...