reklam

"Məhsul üzrə mütəxəssis" vakansiyası

Departament: Kommersiya
Vakansiya: Məhsul üzrə mütəxəssis

Əsas vəzifə və öhdəlikləri:

•    Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması; 
•    Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də Time to Market strategiyalarının icrası; 
•    Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
•    Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
•    Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
•    Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması; 
•    Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
•    Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
•    İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək; 
•    Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
•    Satış və Müştəri Təcrübəsi göstəricilərinin yüksəldilməsi məqsədilə Satış, Texniki/IT, və Müştəri əlaqələri şöbəsi ilə yaxından əməkdaşlıq etmək;

Tələb olunan bilik və bacarıqlar:

•    Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili; 
•    MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək.
•    MS Word, MS Outlook, yüksək səviyyədə MS Excel və MS Power Point;
•    Minimum 3 il (əsasən B2C istiqamətli)
•    Azərbaycan, İngilis, Rus dilləri
•    Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (MS Planner);
•    Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
•    Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək üzrə təcrübə;
•    Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;

İş haqqında məlumat:
•    5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
•    iş vaxtı: 09:00 - 18:00
•    iş yeri: Baş ofis, Bakı şəhəri
 

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Reklam və sosial media, baş mütəxəssis” qeyd etməklə [email protected]  elektron ünvanına göndərə bilərlər.

Son müraciət tarixi 10.07.2023


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az