DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir

DOST Agentliyində vakant vəzifəyə qəbul elan edilir 

Struktur bölmənin adı:

Hüquq departamenti / Normativ hüquqi təminat şöbəsi

Vakansiya: Mütəxəssis

İşin təsviri:

• Yeni hüquqi aktların tətbiqinin təşkili, icra vəziyyətinin öyrənilməsi və nəticələrinin təhlil edilməsi;

• Hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi və hüquqi akt layihələrinin hazırlanması;

• Daxil olan hüquqi akt layihələrinin ekspertizasının həyata keçirilməsi, rəyin verilməsi;

• Müvafiq sahələrdə xidmətlərin göstərilməsi üzrə qayda, prosedur və standartların hazırlanması;

• Hüquqi aktların tətbiqi (o cümlədən kolliziya halları) ilə bağlı metodiki köməkliyin göstərilməsi üzrə zəruri tədbirlərin görülməsi.

• Fəaliyyət istiqamətinə uyğun olaraq hesab, arayış və təhlillərin hazırlanması habelə digər zəruri funksiyaların yerinə yetirilməsi.

Vəzifənin tutulmasına dair tələblər:

• Təhsil tələbi: hüquqşünaslıq, beynəlxalq hüquq ixtisası üzrə ali təhsil;

• İş təcrübəsi: hüquqşünaslıq sahəsi (habelə bilavasitə normayaratma sahəsi) üzrə azı 1 il iş təcrübəsi;

• Dil bilikləri: Azərbaycan dilini yazılı və şifahi şəkildə mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilmək arzuolunandır);

• Kompüter bilikləri: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;

• Bilməlidir: “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu və DOST Agentliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktlar;

• Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: Analitik təhlil və məntiqi düşünmə, ünsiyyət qurma, emosional stabillik, operativlik və çeviklik, dəqiqlik və diqqətlilik, komandada işləmə.

Əlavə məlumatlar:

• İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86;

• İş qrafiki: Bazar ertəsi - Cümə (09:00-18:00).

Müraciət qaydası:

• Namizədlər [email protected] e-mail adresinin ünvanının mövzu hissəsinə “Hüquqşünas” qeyd etməklə CV-ni göndərə bilərlər.

• Vakansiya üzrə son müraciət tarixi: 30.06.2024

• İşə qəbul mərhələsinə yalnız tələblərə cavab verən namizədlər cəlb ediləcək.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az