
Python Developer vakansiyası
Böyüyən və inkişaf edən komandamızın üzvü ol!
Vəzifə: Python Developer
Namizədə dair gözləntilər və xüsusi tələblər:
Tələb olunan bilik və bacarıqlar:
Ali texniki təhsil;
Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili və rus dili – yaxşı;
Müvafiq sahədə minumum 2 il iş təcrübəsi;
Yüksək səviyyəli məntiqi-analitik qabilliyyət, riyazi biliklər;
Alqoritm qurma bacarığı;
Python, Django Framework, Django Rest Framework, Celery;
ORM, MySQL, PostgreSQL;
RestAPI və Version control – Git ilə işləmək bacarığı;
Layihəni istehsal mühitinə (production) yükləmə bacarığı;
Docker, Gunicorn, Supervisor üzrə biliklər;
Təməl Linux bilikləri;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı və məsuliyyətlilik;
Arzuolunan biliklər: PHP, Javascript, Html, CSS/SCSS, JS, JQuery (Bootsrap 4-5, TailwindCss);
Vəzifə öhdəlikləri:
Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
Funksional işlərin test edilməsi;
Digər İT və biznes bölmələri ilə birgə fəaliyyət.
Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq;
Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
Proqram Təlimatlarının hazırlanması.
Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri;
İmtiyazlar: Tibbi sığorta;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını ( Python Developer) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur