" Edumedia Sciences və ya labxchange.org rəqəmsal tədris platforması" layihəsinin yekun tədbiri keçirilib

Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbdə " Edumedia Sciences və ya labxchange.org rəqəmsal tədris platforması" layihəsinin yekun tədbiri keçirildi. 

 

Tədbirdə məktəbin direktoru Afiq İsmayılov, Sumqayıt şəhəri 23 nömrəli məktəbin direktoru Reyhan Yunisova, 113 nömrəli məktəbin direktor müavini Əlifli Əliheydər, məktəbin direktor müavinləri, layihədə dərsləri tədris edən müəllimlər iştirak ediblər.
İlkin olaraq layihə rəhbəri Afiq İsmayılov tədbiri açıq elan etdi. O, layihə haqqında hesabat xarakterli məlumat verərək, layihənin başlandığı gündən həyata keçirilən bütün işlər və əldə edilən nəticələri təqdim edib. Layihənin məqsədi, aylar üzrə görülən işlər və onların ardıcıllığı, aparılan monitorinq və onların nəticələri barədə məlumat verilib.
Dərslərin qrafiklər üzrə keçirilməsi, davamlı olaraq sosial şəbəkədə görülən işlərin işıqlandırılması barədə ətraflı məlumat verildi. 
Təqdimatda dərs prosesindən şəkillər və video yazılar da öz əksini tapmışdır.
Qeyd edək ki, Edumedia Sciences və ya labxchange.org platforması saytının ümumi strukturunun Azərbaycan dilinə tərcümə olunub və hazır olduqdan sonra platformada olan simulyasiyanın tərcüməsinə start verilmişdir. 
Layihənin əsas məqsədi Edumedia Sciences və ya labxchange.org rəqəmsal tədris platformasını Azərbaycan dilinə tərcümə etməklə dərslərin interaktiv və rəqəmsal formada təşkilinə əlavə imkanlar yaratmaqdan ibarətdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az