Cümə axşamı, 21 Avqust, 2025

Satınalma üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 12 Dekabr, 2024 - 00:19
Satınalma üzrə təcrübəçi vakansiyası

Veysəloğlu MMC Satınalma üzrə təcrübəçi vakansiyasını elan edir



Vəzifə öhdəlikləri:

- Mallar üzrə texniki məlumat və qiymət araşdırılması işinə dəstək olmaq;
- Alışların aylıq analizlərinin və hesabat formasının hazırlanmasında dəstək olmaq;
- Alışlarla bağlı sənədləri sistemə işləmək;
- Ödənişlər üçün sənədlərin hazırlanıb təqdim edilməsi işinə dəstək olmaq;
- Tender müqavilələrinin hazırlanması işinə dəstək olmaq;
- Kataloqlar və internet kimi mənbələrdən istifadə etməklə tədarükçüləri müəyyən etmək və sifariş ediləcək məhsullar barədə məlumat toplamaq üçün onlarla söhbət aparmaq;
- Potensial tədarükçülər arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
- Lazımi materialları, xidmətləri xarici bazarda tədarük etmək, qiymətləndirmə aparmaq və xərcləri optimallaşdırmaq üçün təkliflər vermək.

Tələblər:

- Ali təhsil;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office, xüsusilə Excel proqramını əla bilmək;
- Yüksək ünsiyyət və idarəçilik bacarığı.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;


Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satınalma üzrə təcrübəçi” qeyd etməklə [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 106
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7081
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1831
Azərbaycan Texnologi...