TuranBank ASC "Məhsulların İnkişafı şöbəsinin aparıcı mütəxəssisi" vakansiyasını açıq elan edir.
Vəzifəyə olan tələblər:
Müştəri ehtiyaclarına uyğun olan məhsulların yaradılmasına yönümlü bilik və bacarıqlara malik olmaq;
Kreditləşdirmə və xidmət sahələri üzrə biznes prosesləri ilə bağlı işlərin hazırlanması və icrası;
Müştəri ehtiyaclarının araşdırılması və məhsuln ehtiyaclara görə formalaşdırılması;
Rəqəmsal məhsullar və onların funksionallıqları barədə məlumatlılıq;
Komandada işləmə bacarığı;
Rəqəmsal məhsul və xidmətlərin inkişafında prioritetlərin düzgün təyin edilməsi bacarığı;
Problemləri həll etmə bacarığı;
Ünsiyyət bacarıqları;
Analitik bacarıqları;
Yaradıcı təfəkkür;
Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
Vəzifə öhdəlikləri:
Məhsulların hazırlanması üzrə prosesə rəhbərlik etmək;
Məhsul ilə bağlı tələbləri və risklərin müəyyən edilməsi ilə bağlı müvafiq strukturlarla əməkdaşlıq etmək;
Məhsulun biznes göstəricilərinin monitorinqi və bununla bankın hədəflərinə uyğun nəticələrə nail olmaq;
Məhsulun vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə aşılamaq;
Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.
Maraqlanan şəxslər anketlərini [email protected] e-mail adresinə göndərə bilərlər. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Məhsulların İnkişafı şöbəsinin aparıcı mütəxəssisi” yazmağı unutmayın.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur