Çərşənbə axşamı, 5 Avqust, 2025

“Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi” proqramının ilk günündən olan görüntüləri təqdim edirik


  • Dərc edildi: 10 Dekabr, 2024 - 02:34
“Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi” proqramının ilk günündən olan görüntüləri təqdim edirik

“Yaşıl Gələcək üçün Beynəlxalq Təcrübə Mübadiləsi” proqramının ilk günündən olan görüntüləri təqdim edirik.

 

Qeyd edək ki, Türkiyə, Moldova, Gürcüstan və Azərbaycandan olan gənc müəllim və tələbələrin iştirakı keçirilən layihənin ilk günü Göygöl Milli Parkına İnfotur təşkil edilib. İnfotur zamanı iştirakçılara bələdçi tərəfindən Milli Parkın ekoloji-mədəni elementlərindən bəhs edilib.

Daha sonra Göygöl Gənclər Evində iştirakçıların bir-birilərin daha yaxşı tanımaları üçün şəbəkələşmə fəaliyyətləri baş tutub. “Understanding Green Education” mövzusunda təlim keçirilib, iştirakçılarla yaşıl təhsilin prinsipləri və əhəmiyyəti, yaşıl təhsili siniflərdə tətbiq etməyin effektiv yolları kimi məsələlər müzakirə edilib. Sonda isə Regionda olan ortaq ekoloji problemlərlə bağlı qrup müzakirəsi baş tutub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, AGMA-nın təşkilatçılığı, Türkiyənin Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin, Gürcüstanın Gənclərin İnkişaf Mərkəzinin, Moldovanın Millenium Təlim və İnkişaf İnstitutunun tərəfaşlığı ilə keçirilir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5752
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1059
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 375
“İnnovativ məktəb” l...