Çərşənbə, 6 Avqust, 2025

BANM tələbəsi eyni anda ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul oldu


  • Dərc edildi: 30 Aprel, 2024 - 19:42
BANM tələbəsi eyni anda ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul oldu

BANM tələbəsi eyni anda ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul oldu

 

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Nihad Əhmədli 4-ü tam təqaüdlü olmaqla, ümumilikdə ABŞ-nin 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. 

 

Tələbəmizin təqaüd qazandığı universitetlər Hyuston Universiteti, Luiziana Universiteti, Kansas Universiteti və Tulsa Universitetidir. O, Mərkəzi Florida Universiteti və Nyu-Hempşir Universitetinə qəbul alıb. 

 

Nihad təhsilini Hyuston Universitetində davam etdirəcək, həmçinin burada tədqiqat köməkçisi olaraq çalışacaq. Onun buradan qazandığı illik təqaüdün məbləği 55.000 ABŞ dollarıdır. 

 

Nihad BANM-in fəal tələbələrindən biridir. O, 2019-cu ildə BANM-ə 638.3 balla qəbul olub. “TEKNOFEST 2023” yarışının finalistlərindən biri olub. “SOCAR Türkiyə” də daxil olmaqla, SOCAR-ın bir sıra müəssisələrində, həmçinin digər şirkətlərdə təcrübə keçib. 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5813
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1084
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 394
“İnnovativ məktəb” l...