"Avrora" da “Karyera günü”!

"Avrora" da “Karyera günü”!

“Avrora” MMC pərakəndə sektorunda fəaliyyətə başlamış “Tamstore” marketlər şəbəkəsi üçün işçi qəbulunu davam etdirir. Yeni açılacaq filiallarda mağaza heyətinin tam formalaşdırılması üçün satıcı, kassir, fəhlə, qəssab, mühafizəçi, paketləyici vakansiyaları üzrə “Karyera günü” keçiriləcək. Karyerasını pərakəndə sektorunda qurmaq istəyənlər 29 yanvar tarixində saat 10:00-dan etibarən Avrora MMC-nin mərkəzi ofisinə (Nərimanov rayonu, Aşıq Molla Cümə 46C) yaxınlaşa bilərlər.

Müsahibədən uğurla keçmiş namizədlər Bakı şəhərinin müxtəlif yerlərində (Əhmədli, Masazır, 5-ci MKR, Nəsimi-Olimpik, Qaradağ) yerləşən marketlərdə işlə təmin olunacaqlar. Mağazada 8 saatlıq növbəli iş qrafiki, bazar rəqabətli əməkhaqqı və nahar təmin ediləcək.

Qeyd: Mühafizə vəzifəsi üzrə təcrübə tələb olunur.

Digər vəzifələr üzrə təcrübə tələb olunmur.

Karyerasını qurmaq və inkişaf etdirmək istəyənlər üçün “Tamstore” tam işləmək istədiyiniz yer olacaq! Müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsi və kişi namizədlər üçün hərbi biletin təqdim edilməsi vacibdir.

Əlaqə:

(099) 200-15-34

(099) 200-15-02



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az