İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Daxili audit xidmətinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması;
Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq;
Yerli və beynəlxalq təcrübəyə uyğun olaraq daxili audit siyasət və prosedurlarını işləyib hazırlanması və həyata keçirilməsi;
İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi, yoxlamalara dair planlama və iş sənədlərinin tərtib edilməsi;
Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, rəhbərliyə təkliflər vermək;
Audit məlumatlarının rəhbərliyə tam, dəqiq və vaxtında təqdim edilməsini təmin etmək;
Daxili audit xidmətinin fəaliyyəti ilə bağlı illik hesabat təqdim etmək;
Zəruri hallarda Agentliyin daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan struktur bölmənin risk təhlilini həyata keçirmək;
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Bizim üçün uyğun namizəd:
Ali iqtisadi və ya maliyyə təhsili;
Audit sahəsində ən azı 5 il iş təcrübəsi;
Daxili audit sahəsində qanunvercilik üzrə müfəssəl biliklərə sahib olmaq;
Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
Analitik və kritik düşünmə;
Qərəzsizlik və müstəqillik;
Stressə davamlılıq;
Microsoft Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
CIA, CPA və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
Maliyyə, daxili audit və risk sahəsi üzrə beynəlxalq sertifikatı olanlara üstünlük veriləcəkdir.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi 13.02.2023-cü il;
CV-lər [email protected] ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur