Çərşənbə, 3 Sentyabr, 2025

“TECHNEST” təqaüd proqramı artıq Mingəçevir Dövlət Universitetində!


  • Dərc edildi: 9 Yanvar, 2024 - 21:12
“TECHNEST” təqaüd proqramı artıq Mingəçevir Dövlət Universitetində!

“TECHNEST” təqaüd proqramı artıq Mingəçevir Dövlət Universitetində!

“TECHNEST” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.
Layihə çərçivəsində Mingəçevir Dövlət Universitetində təhsil alan və işləyən şəxslər üçün Şəbəkə İnzibatçılığı və Rəqəmsal Marketinq üzrə təlimlər tədris ediləcəkdir. 

Təlim proqramları haqqında ətraflı məlumat aşağıda göstərilmişdir:

Təlimlərin keçiriləcəyi yer: Mingəçevir Dövlət Universiteti

 Təlimin adı: Şəbəkə İnzibatçılığı
·        İştirakçı sayı: 15 nəfər
·        Təlimin müddəti: 3.5 ay / 70 akademik saat (Həftədə 2 dəfə, 1 dərs canlı və 1 dərs onlayn olmaqla)
·        Təlimlərin keçiriləcəyi tarix: 15.02.2024-30.05.2024

Təlimin adı: Rəqəmsal Marketinq
·        İştirakçı sayı: 15 nəfər
·        Təlimin müddəti: 3.5 ay / 70 akademik saat (Həftədə 2 dəfə, 1 dərs canlı və 1 dərs onlayn olmaqla)
·        Təlimlərin keçiriləcəyi tarix: 15.02.2024-30.05.2024


 İŞTİRAKÇILARIN SEÇİMİ PROSESİ

• Layihəyə ilkin müraciət formunun doldurulması
• Qeydiyyatdan keçən şəxslər üçün seçim imtahanının təşkili
• İmtahandan müvəffəq olan şəxslərlə müsahibə
• Yekun seçilmiş şəxslərin təlimlərə cəlb edilməsi

Layihə çərçivəsində təlimlərdə iştirak etmək istəyən şəxslər linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər:

 QEYDİYYAT LİNKİ
https://t.ly/WE4nI

Son qeydiyyat tarixi: 28.01.2024 

Layihə ilə bağlı yaranmış sualların cavablandırılması üçün [email protected] email adresinə vəya 051 777 10 90 whatsapp nömrəsinə yaza bilərsiniz.

Qeyd: Layihə çərçivəsində təlimlər Code Factory MMC tərəfindən təşkil ediləcəkdir.

 ƏLAQƏ
Code Factory MMC
Mobil: +994517771090
Email: [email protected]

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1068
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 238
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8047
Sumqayıt Dövlət Univ...