24 Fevral 09:24

25-35 yaşlı peşəkarların nəzərinə!

25-35 yaşlı peşəkarların nəzərinə!

Professional İxtisasartırma Proqramı (PFP) ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri üzrə Bürosu tərəfindən maliyyələşdirilir və Beynəlxalq Təhsil üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.
Bu proqram iştirakçıları ştatların qanunverici və icraedici orqanlarında, bələdiyyələrdə və qeyri-hökumət təşkilatlarında 5–6 həftəlik təcrübə keçmək imkanı ilə təmin edir. İştirakçılar hökumət orqanlarının gündəlik fəaliyyəti ilə tanış olur və Amerika Mədəniyyətini öyrənmək üçün qəyyum ailədə yaşayırlar. Proqramdaxili gediş-gəliş səyahət və yaşayış xərcləri təqaüd proqramı tərəfindən təmin olunur.

Proqrama uyğunluq meyarları:
• 25-35 yaş arası Azərbaycan vətəndaşı olmalı;
• Universitet məzunu olmalı (bakalavr və ya daha yüksək ixtisas və ya elmi dərəcəyə malik olmalı);
• İngilis dilini bilməli;
• 2 il və ya daha çox iş təcrübəsi olmalı;
• Müvafiq sahədə təcrübəyə malik olmalı və dövlət sektorunda iş fəaliyyətini davam etdirmək niyyətində olmalı;
• Liderlik və əməkdaşlıq bacarıqlarını nümayiş etdirmiş olmalı.

SON MÜRACİƏT TARİXİ 1 APREL, 2019

ABŞ-da qanunvericilik prosesinin daha yaxşı başa düşülməsi, ABŞ və xarici qurumlar arasında əlaqələrin yaradılması üçün Azərbaycanlı namizədlər https://ais.americancouncils.org/pfp saytına daxil olaraq onlayn ərizə formasını doldurmalıdırlar.

Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə əlaqə: 012 436 75 29/30/31 və ya [email protected] (Elgün Məmmədov) http://www.americancouncils.az

Bəyən və paylaş