Bazar, 11 May, 2025

Bakı Ali Neft Məktəbinin (BANM) Tədris-metodiki şöbəsinə "metodist" və "dispetçer" vəzifələri üzrə vakansiyalar elan olunur


  • Dərc edildi: 13 Yanvar, 2025 - 22:42
Bakı Ali Neft Məktəbinin (BANM) Tədris-metodiki şöbəsinə "metodist" və "dispetçer" vəzifələri üzrə vakansiyalar elan olunur

Bakı Ali Neft Məktəbinin (BANM) Tədris-metodiki şöbəsinə "metodist" və "dispetçer" vəzifələri üzrə vakansiyalar elan olunur.



1. Vəzifə: metodist


İş yeri: Bakı Ali Neft Məktəbinin kampusu
İş günü: həftədə 5 gün (bazar ertəsi-cümə) 
İş saatları - 09:00 - 18:00
İstirahət günləri: şənbə və bazar



Tələblər:


- Ali təhsilli; 
- ATM-lərdə tədris sahəsində minimum 2 il iş təcrübəsi;
- İngilis və/və ya rus dili bilikləri (minimum B1);
- Təhsil qanunvericiliyindən xəbərdar olmalı;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Office proqramlarında işləmək bacarığı;



Vəzifə öhdəlikləri:


- Təsdiq edilmiş nomenklaturaya uyğun kargüzarlıq, tələbələrin şəxsi işlərinin və sənədlərinin saxlanılması və vaxtında arxivə təhvil verilməsi;
- Şöbəyə daxil olan və şöbədən gedən sənədlərin qeydiyyat jurnalın aparılması, bu sənədlərin vaxtında çatdırılmasına nəzarət;
- Arayışların, çıxarışların, plan sənədlərinin hazırlanması və tərtib edilməsi;
- Yerinə yetirilmiş sənədlərin saxlanması, işlərin klassifikasiyasının aparılması;
- Tədrisin məsələləri üzrə əmr və sərəncamların dekanlıq və kafedra müdirlərinin nəzərinə çatdırılması, onların vaxtında icra edilməsinə nəzarət;
- Kafedralar üzrə dərs yüklərinin miqdarının hesablanması və bu bölgüyə nəzarət
- Tədris və istehsalat təcrübəsi ilə bağlı əmrlərin verilməsi üçün layihələrin hazırlanması
- Tələbə-müəllim heyətinin tədrislə bağlı əmrlərin layihələrinin hazırlanması
- Hər semestr üzrə tələbələrin tədris planına uyğun fənlərin seçmələrinə, vaxtında qeydiyyatdan keçmələrinə nəzarət və qeydiyyat nəticələrinin təhlili
- Tədris-metodiki işlərin təşkili ilə bağlı digər struktur bölmələr ilə qarşılıqlı əlaqələrin təşkil edilməsi.
Azərbaycan universitetlərində Tədris şöbəsində iş təcrübəsi olan vətəndaşlar bu vəzifəyə müraciət edə bilər.



2. Vəzifə: dispetçer


İş yeri: Bakı Ali Neft Məktəbinin kampusu
İş günü: həftədə 5 gün (bazar ertəsi-cümə) 
İş saatları - 09:00 - 18:00
İstirahət günləri: şənbə və bazar



Tələblər:


- Ali təhsilli; 
- ATM-lərdə bu sahədə minimum 1 il iş təcrübəsi;
- İngilis və/və ya rus dili biliklərinin (minimum B1) olması üstünlükdür;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Office proqramlarında işləmək bacarığı



Vəzifə öhdəlikləri:


- Dərs cədvəllərinin layihələrini tərtib edilməsi, kafedralarla razılaşdırılması
- Dərs cədvəllərinə görə dərslərin aparılmasına nəzarət edilməsi
- Semestr və buraxılış imtahanları, buraxılış işlərinin, magistrlik dissertasiyalarının müdafiəsi üçün auditoriyaların ayrılması və bu barədə fakültə dekanlarına məlumatın verilməsi
- Fakültələrdə mühazirə, seminar və praktik (laborator) məşğələlər üçün auditoriyaların optimal istifadəsinin müəyyənləşdirilməsi
- şöbədaxili kargüzarlıq işləri

Tələblərə uyğun namizədlər CV-lərini “metodist” və "dispetçer" başlığı ilə [email protected] ünvanına göndərə bilərlər. 
Son müraciət tarixi: 19 yanvar 2025-ci il

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 321
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 750
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...