Təminat-təchizat (Satınalma) sahəsi üzrə aparıcı/baş mütəxəssis vakansiyası

"AFB Bank" ASC Təminat-təchizat (Satınalma) sahəsi üzrə aparıcı/baş mütəxəssis axtarışındadır!

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 
Ali təhsil;
Sahə üzrə 2 il iş təcrübəsi;
MS Office proqramlarından istifadə bacarığı;
İntizamlılıq, dəqiqlik, komandada işləmə bacarığı;
Verilmiş tapşırıqları vaxtında və tam yerinə yetirmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət etmək.
 
 
İŞİN TƏSVİRİ:
 
Bankın baş ofis və filiallarının ofis şəraitinin yaxşılaşdırılmasının təşkil edilməsi;
Bankın tələbatına uyğun mal və xidmətlərin satın alınması prosesinin təşkili;
Satın alınan mal və xidmətlərlə bağlı bazar araşdırılmasının təşkili;
Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti;
Baş ofis və filiallarda olan əşyaların daşınmasını, otaqlara yığılmasını və s. yerdəyişmə işlərinin təşkil edilməsi;
Bankın baş ofis və filallarda olan havalandırma, su təchizatı, istilik sistemlərini nəzarətdə saxlamaq, təmirə ehtiyac olduğu halda onların təmir işlərini təşkil etmək, baş ofisdə olan qazanxana, havalandırma mərkəzləri, elektrik otaqları və su sistemlərinə daimi nəzarət edilməsi;
Filalların bütün xırda təmir tikinti və bərpa işlərinin təşkil edilməsi;
Fövqəl vəziyyət zamanı yaranmış problemlərin həll edilməsi, su basma, kanalizasiya, yanğın və s. hadisələrin qarşısının alınması tədbirlərin hazırlanması;
Baş ofis və filiallarda olan generator sistemlərinin servis cədvəllərinə nəzarət edilməsi və daimi işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
Baş ofisin aylıq kommunal ödənişlərinə nəzarətin edilməsi, bu sahədə aidiyyatı dövlət orqanları ilə sənədləşmə işlərinin həll edilməsi.


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.


Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təminat-təchizat üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az