reklam

“Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihənin növbəti tədbirləri həyata keçirilib

“Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihənin növbəti tədbirləri həyata keçirilib

 

3 və 7 oktyabr 2024-cü il tarixlərində  “Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihənin “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “AGRO DAİRY” MMC-nin tərəfdaşlığı ilə növbəti tədbirləri həyata keçirilib. 

Tədbirin 2-ci günü Hacıqabul rayonu 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin akt zalında keçirilib. Məktəbin direktoru Xuraman Talıbova qonaqları salamlayaraq, iqlim dəyişmələri ilə birgə mübarizə aparılmasının vacibliyini söyləyib, təlim və infoturlardan şagirdlərin faydalı məlumatlar əldə edəcəklərlərini bildirib, layihə iştirakçılarına uğurlar arzulayıb. 

Sonra layihə rəhbəri Nigar Xıdırova “Kənd təsərrüfatı inkişafının təbiətdə dəyərləri” mövzusunda təqdimatla çıxış edib. O, şagirdlərə “Hackathon” yarışlarında iştirak etməyi tövsiyə edib. 

Su və Meliorasiya Kompleks Layihələndirmə İnstitutunun elmi işçisi Məmməd Hüseynzadə “İqlim dəyişmələrinin su ehtiyatlarına təsirləri” mövzusunda təlim keçib,  “AZGREEN” MMC-nin mütəxəssisi Etibar Qəhrəmanov “Minimalizm və tullantıdan sənət əsəri” mövzusunda təlim və workshopla davam edib.

Layihənin 3-cü tədbir günü Hacıqabul rayonu 10 saylı tam orta məktəbdə baş tutub.  Məktəbin direktoru Samirə Ələkbərova qonaqları xoş qarşılayaraq, layihənin təşkilat komitəsinə layihəyə görə təşəkkürünü bildirib. Layihə  iştirakçıları üçün təşkil olunmuş tədbirlərin gələcəkdə onların həm sosial bacarıqlarının, həmdə elmi biliklərinin inkişafında  əhəmiyyətli rol oynayacağını vurğulayıb, iştirakçılara uğurlar arzulayıb. 

Su və Meliorasiya Kompleks Layihələndirmə İnstitutunun elmi işçisi Məmməd Hüseynzadə “İqlim dəyişmələrinin su ehtiyatlarına təsirləri” mövzusunda təlim keçib və suyun təmizləmə prosesi haqqında geniş təqdimatla çıxış edib, şagirdlərlə fikir mübadiləsi aparıb. “AZGREEN” MMC-nin mütəxəssisi Etibar Qəhrəmanov “Minimalizm və tullantıdan sənət əsəri” mövzusunda təlim və workshopla davam edib.

Daha sonra “AGRO DAIRY” MMC-nin Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən Padarçöl təsərrüfatına infotur təşkil edilib. SƏTƏM üzrə mühəndis Padarçöl təsərrüfatı sahəsində hərəkət üçün ilkin təlimatları verib. Təşkilatın nümayəndəsi Nahid Ağayev fəaliyyət istiqamətlərindən geniş bəhs edərək, müasir suvarma sistemləri haqqında məlumatları layihə iştirakçılarının diqqətinə çatdırıb.

İri şəhərlərin birləşmiş su təchizatı xidməti publik hüquqi şəxsin tabeliyindəki Kür Su Təchizatı İdarəsinin rəisi “Əməkdar mühəndis” Eldəniz Həsənov Kür su kəmərinin tikintisi haqqında  məlumatlar verib.  Kür sutəmizləyici qurğularının iş prinsipi, suyun təmizlənməsi prosesi ilə bağlı şagirdləri maraqlandıran sualları cavablandırıraq infotur həyata keçirilib. İqlim dəyişiklikləri ilə mübarizədə birgə əməyin mühüm rolu oynadığı layihə iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda Kür Su Təmizləyici Qurğular Kompleksinin ərazisində layihə iştirakçıları ilə birgə yaşıllıqların artırılmasına dəstək məqsədilə ağac tingləri əkilib.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az