reklam

Satış üzrə Call centre operator vakansiyası

Radius Təkər Mərkəzi "Satış üzrə Call centre operator " üzrə namizəd axtarışındadır.


Vəzifələr və məsuliyyətlər:


Daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və problemlər barədə məlumat vermək.
Avtomobil təkərləri və ehtiyyat hissələri haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
Sosial media üzərindən yeni müştərilər cəlb etmək.
Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.
Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.
Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.


Tələb edilən bacarıqlar və təhsil:


Ali və ya orta ixtisas təhsili.
Yaş: 18-30
Yüksək ünsiyyət bacarıqları.
Problem həll etmə qabiliyyəti.
Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
Komanda ilə işləmək qabiliyyəti.
Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.
Azərbaycan və Rus dili - əsas; İngilis dilləri arzuolunandır.


İş saatları və əmək şərtləri:


Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.
İş qrafiki: 6 günlük iş qrafiki (09:00-18:00); İstirahət günləri: 1 gün.
Nahar verilir


İş yeri: Radius Təkər Mərkəzi, Babek pr.
Uyğun namizədlər CV fomalarını Müraciət Et bölmündə [email protected] poçt ünvanına mövzu hissədə “Çağrı mərkəzi operatoru” qeyd edərək göndərə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az