TƏBİB kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir
İş yeri:
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri
Əmək haqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə);
· Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
· Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə).
Qanunvericilik üzrə biliklər:
· Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
· “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı;
· Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə;
· Bütün sahələr üçün Vahid Tarif-İxtisas Sorğu Kitabçaları haqqında məlumat
· Korrupsiyaya qarşı mübarizə haqqında qanun;
· “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;
· Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında qərar.
İşin təsviri:
· Elektron hökümət portalına (ƏMAS) aidiyyatı məlumatların daxil etmək;
· İşçilərin şəxsi işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatının həyata keçirmək, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin etmək;
· Səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar, xasiyyətnamələr və çıxarışların təqdim etmək;
· İnsan resursları üzrə elektron məlumat bazasını formalaşdırmaq, yenilənməsini həyata keçirmək;
· Yeni qəbul olunan işcilərin vəzifə təlimatları ilə tanış olmalarını təmin etmək;
· Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi və uçotunun aparılmasını təmin etmək;
· Xəstəlik vərəqələrinin müvafiq hissələrinin doldurulması, protokollarının tərtib olunmasını təmin etmək;
· İşçilərin gündəlik işə davamiyyətinə nəzarət etmək;
· İmzalanmış əmr və digər sənədlərin qeydiyyata alınmasını və saxlanılmasını təmin etmək.
Tələb olunan sənədlər:
· Şəxsiyyəti təsdiq edən sənədin surəti;
· Diplomun surəti;
· CV.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
· CV [email protected] ünvanına göndərilməlidir;
· Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – kadrlar üzrə mütəxəssis) qeyd olunmalıdır;
· CV-lər 19.01.2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur