"Profity Co." və Almaniyanın "8 Impact" ilə Yeni Startap Vebinar seriyasına başlayır!
Profity Co., Almaniyanın 8 Impact şirkəti ilə əməkdaşlıq edərək, yeni bir vebinar seriyasına başlayır. Vebinarlar, startap və scaleup mərhələsində olan şirkətləri biznes inkişafı, maliyyələşdirmə strategiyaları və investisiya imkanları barədə məlumatlandırmaq məqsədini güdür. İlk vebinar 15 fevral 2025-ci il tarixində Microsoft Teams üzərindən keçiriləcək və Türkdilli dövlətlərdən olan iştirakçılara yönələcək.
Vebinarda “Maliyyələşdirmə strategiyaları və investisiya variantları”, “Bazar genişləndirilməsi üçün praktiki məsləhətlər”, “İnvestorlarla şəbəkələşmə imkanı”, “İnkişaf üçün maliyyə seçimləri” mövzularında danışılacaq.
Vebinar startapların inkişafı və beynəlxalq bazarlara çıxması istiqaməti hədəfləyir. Eyni zamanda iştirak edə biləcək şəxslər arasında sadəcə ideya mərhələsində olan startap sahibləri deyil, həm də inkişaf etmiş scaleup mərhələsində olan şirkətlər, investorlar və dövlət nümayəndələri də qatıla bilər.
Baş tutacaq yeni vebinar seriyanın hər dəfə moderatorları Vüsal Sutanlı və Timo Bey olacaq, əlavə olaraq ölkə fokuslu ekosistem oyunçuları da dəvət ediləcək.
Daha ətraflı məlumat və qeydiyyat üçün https://shorturl.at/bvvPz linkə daxil ola bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur