Cümə axşamı, 21 Avqust, 2025

“DigiDOST” altproqramına qeydiyyat başladı!


  • Dərc edildi: 11 Dekabr, 2024 - 16:56
“DigiDOST” altproqramına qeydiyyat başladı!

“DigiDOST” altproqramına qeydiyyat başladı!



DOST Agentliyinin “Könüllü DOST” proqramının “DigiDOST” altproqramına qeydiyyat başlayıb. İndiyədək müxtəlif sosial sahələrdə fəaliyyət göstərən “Könüllü DOST” proqramı bu dəfə gəncləri texnologiya və rəqəmsal bacarıqlar sahəsində inkişaf etməyə dəvət edir.

“DigiDOST” gənclərə rəqəmsal alətlər, texnologiya və onlayn platformalardan daha səmərəli istifadə etmək, proseslərin təkmilləşdirilməsi, məlumat bazalarının formalaşdırılmasını öyrənmək imkanları təqdim edir.

“DigiDOST” altproqramının iştirakçıları DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyət sahələrində uyğun sorğuların cavablandırılması, məlumat bazaları ilə iş, proseslərin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması və s. istiqamətlərdə fəaliyyət göstərəcəklər.

Proqramda iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: 


Müraciət et

 Qeyd edək ki, hazırda “Könüllü DOST” proqramı çərçivəsində 7 altproqram (“Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “Distant DOST”, “DigiDOST”, “TeleDOST”) icra edilməkdədir.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...