Çərşənbə, 3 Sentyabr, 2025

Tam ştat Dosent vəzifəsi üçün vakansiya


  • Dərc edildi: 20 Dekabr, 2024 - 00:26
Tam ştat Dosent vəzifəsi üçün vakansiya

Bakı Ali Neft Məktəbinin Tətbiqi riyaziyyat, Kompüter Elmləri, Kompüter Mühəndisliyi, İT və Kompüter Elmlərinin digər sahələri üzrə (2025-ci ildən başlayaraq) tam ştat Dosent vəzifəsi üçün vakansiya elan edir.


Tələblər:

• İxtisas üzrə fəlsəfə doktoru dərəcəsi;
• Tədris sahəsində minimum 3 il iş təcrübəsi;
• Analitik və tənqidi düşünmə bacarığı;
• Rəqəmsal bacarıqlar;
• Dil bilikləri: Azərbaycan və ingilis dili – səlis;
• Yeniliyə və peşəkar inkişafa açıqlıq;
• Təhsil sahəsində işləmək həvəsi.


Vəzifə öhdəlikləri:
• Müraciət edənlər fəlsəfə doktoru dərəcəsinə və müvafiq sahədə nailiyyətlərə, tədqiqatlara malik olmalıdırlar. Namizədlər həmçinin bakalavr və magistr səviyyələrində mükəmməl tədris nəticələri nümayiş etdirməli və ingilis dilini tam səlis bilməlidirlər.
• Tədris prosesinin yeni texnologiyalarla və müasir metodlarla qurulması üzrə tədqiqatların aparılması;
• Texnoloji, təşkilati və sosial yeniliklərin tədrisi prosesində innovasiyaların tətbiqinin araşdırılması;
• Yerli və beynəlxalq qabaqcıl təcrübələrin öyrənilməsi və təkliflərin hazırlanması;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
İş şəraiti: I-V günlər 09:00-16:00;
İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.


İş yeri:


Kampus: Yeni Salyan yolu 3-cü km, 25, Səbail rayonu, Bibiheybət qəsəbəsi.


Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 26 dekabr 2024-cü il tarixinədək CV-lərini, tədris fəaliyyəti barədə məlumat (tələbələr tərəfindən son qiymətləndirilmə nəticələri əlavə olunmaqla) və elmi fəaliyyəti barədə məlumat (nəşr üçün nəzərdə tutulan ən son məqalə əlavə olunmaqla) [email protected] elektron ünvanına “Dosent” başlığı ilə göndərmələri xahiş olunur.


Yuxarıda sadalanmış tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1076
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 241
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8057
Sumqayıt Dövlət Univ...