Bazar ertəsi, 1 Sentyabr, 2025

Ödənişsiz Peşə Kursları


  • Dərc edildi: 12 Noyabr, 2022 - 12:40
Ödənişsiz Peşə Kursları

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə özəl tədris müəssisələrinin birgə əməkdaşlığı çərçivəsində peşə hazırlığı kurslarının təşkili davam edir.

 Qeyd olunan peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb olunmaq istəyən işsiz şəxslər aşağıdakı meyarlara cavab verdikləri halda Bakı şəhəri üzrə DOST mərkəzlərinə, regionlar üzrə Regional Məşğulluq filiallarına müraciət edə bilərlər.

 Meyarlar:

 18-50 yaş arası;

 Minimum tam orta və ya peşə təhsili;

 Səlis Azərbaycan dili.

 Kursa müraciət edən şəxslər ilkin olaraq peşə uyğunluğu və məşğulluq imkanlarının qiymətləndirilməsi məqsədilə müsahibəyə cəlb olunacaq, daha sonra isə uyğun namizədlərin kurs üçün qeydiyyatı aparılacaq.

 Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.
 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 973
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 199
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7857
Sumqayıt Dövlət Univ...