Çərşənbə axşamı, 1 İyul, 2025

Dünya Ürək Gününə Həsr Olunmuş “ÜRƏK – DAMAR XƏSTƏLİKLƏRİ BEYNƏLXALQ KONQRESİ


  • Dərc edildi: 28 Sentyabr, 2022 - 11:13
Dünya Ürək Gününə Həsr Olunmuş “ÜRƏK – DAMAR XƏSTƏLİKLƏRİ BEYNƏLXALQ KONQRESİ

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti “Dünya Ürək Günü”nü silsilə tədbirlərlə qeyd edəcək

 

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də 29 sentyabr Dünya Ürək Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirəcək.

 

29 sentyabr tarixində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə Dünya Ürək Gününə həsr olunmuş ürək-damar xəstəlikləri Beynəlxalq Konqresi keçiriləcək. Hibrid formatda baş tutacaq və 50 nəfərə yaxın mütəxəssisin əyani, 300-dən artıq mütəxəssisin isə onlayn olaraq qatılacağı Konqres Cəmiyyətin sosial media kanallarından canlı yayımlancaq.

 

30 sentyabr tarixində rezidentlər və gənc həkimlər üçün praktiki kurslar, təcrübə məşğələləri təşkil olunacaq.

 

1 oktyabr tarixində Qocalar evində məskunlaşmış ahılların və uşaq evində məskunlaşmış kimsəsiz uşaqların tibbi müayinədən keçirilməsi, günün sonunda isə ürək sağlamlığının təbliği məqsədilə həkimlərlə idman jurnalistləri arasında futbol oyunu keçiriləcək.

 

Sosial tədbirlərin keçirilməsində əsas məqsəd ürək sağlamlığına cəmiyyətin diqqətini çəkmək, bu sahədə maarifləndirmə işləri aparmaqdır.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasında Dünya Ürək Gününə həsr olunan ürək-damar xəstəlikləri Beynəlxalq Konqresi Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqresə 16 Kredit balı verilib. Bu o deməkdir ki, Konqresdə izləyici kimi qatılan mütəxəssislər illik tələb olunan 48 kredit balının 16-nı toplaya bilərlər.

 

Konqresə qeydiyyat linki:

 

https://forms.gle/m1wQeERURogToWkQA

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 216
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 851
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 235
Sertifikatlaşdırmada...