“Azərbaycanı tanıt!” layihəsinə qeydiyyat başladı

“Azərbaycanı tanıt!” layihəsinə qeydiyyat başladı.

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Azərbaycanı tanıt!” layihəsi həyata keçiriləcək. 

1 ay müddətində davam edəcək layihənin əsas məqsədi beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, politologiya, ictimai siyasət, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan və karyera qurmaq istəyən gənclərin bu sahədə fərdi inkişafına dəstək olmaq və təcrübi biliklərə yiyələndirməkdir. 

Layihə çərçivəsində iştirakçılar üçün peşəkarlar tərəfindən:

 Lobbiçilik haqqında nəzəri və praktiki biliklər;

 Diaspora haqqında nəzəri biliklər;

 Ümummilli Lider Heydər Əliyevin diaspora sahəsindəki rolu;

 Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin tarixi və fəaliyyəti;

 Necə dövlət maraqlarını təmsil etmək olar?

 Azərbaycanda lobbiçilik fəaliyyətinin formalaşması kimi mövzular tədris olunacaq.

Qeyd edək ki, layihədə 16-25 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 30 gənc iştirak edəcək.

 Son qeydiyyat tarixi: 10 avqust, saat 23:59

Qeydiyyat linki: https://forms.gle/rf4Vhq7eVDwPGGMV9


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az