Şənbə, 17 May, 2025

“Korporativ Katib” vakansiyası


  • Dərc edildi: 28 İyun, 2024 - 13:25
“Korporativ Katib” vakansiyası

“Bank Avrasiya” ASC “Korporativ Katib” vakansiyasını elan edir.



Namizədlər üçün irəli sürülən tələblər:
Ali təhsil (hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə)
Maliyyə bazarları sahəsində azı 3 (üç) illik iş təcrübəsi
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək
Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
MS Office proqramlarının bilikləri
Ofis avadanlığı ilə işləmək bacarığı
Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyəti
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 

İşin təsviri:
Müşahidə Şurasının bütün üzvləri ilə səmərəli işləmək və bankın məqsədlərinə uyğun hərəkət etmək;
Müşahidə Şurasının sədrinə korporativ idarəetmə ilə bağlı məsləhətlər vermək, onunla birgə bankın korporativ idarəetməsinin bankın məqsədlərinə uyğunluğunu dövri olaraq nəzərdən keçirmək (məsələn, Müşahidə Şurası və onun komitələrinin fəaliyyətinin qiymətləndirilməsi) və bankın korporativ idarəetmə strukturunun gücləndirməsi üçün zəruri tədbirlər müəyyən etmək;
Səhmdarla

rın ümumi yığıncağının, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək. Həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
Müşahidə Şurasının və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək;
Müşahidə Şurası, onun komitələri, İdarə Heyəti və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək;
bank tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin etmək. 
Müşahidə Şurası üzvlərinin fəaliyyətinin effektivliyinin artırılması üçün onları lazımi resurslarla təmin etmək və peşəkar inkişafına dəstək göstərmək;
Birbaşa rəhbəri tərəfindən tapşırıqlarını yerinə yetirmək və müəyyən edilmiş qaydada görülmüş tədbirlərin hesabatlılığını təmin etmək.


Uyğun namizədlərdən xahiş olunur, mövzu hissəsində Korporativ Katib vəzifəsini qeyd edib [email protected] ünvanına CV göndərəsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yay Riyaziyyat Düşərgəsinə qeydiyyat davam edir!
15 May, 2025 - 16:38 519
Yay Riyaziyyat Düşər...
Müəllimlərin fənlər üzrə sertifikatlaşdırmada iştirak qrafiki BƏLLİ OLDU
14 May, 2025 - 20:35 165
Müəllimlərin fənlər ...
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 290
Azərbaycan Respublik...